Interposta.Info

Noyabrda məktəblərdə 17 gün tətil olacaq - TARİXLƏR

Manşet
 5-08-2024, 14:36     28 082

Nazirlər Kabinetinin qərarı ilə ölkəmizdə fəaliyyət göstərən xüsusi təhsil müəssisələri istisna olmaqla orta məktəblərdə payız tətilinin vaxtı dəyişib.

Qərara əsasən, ümumi təhsil pilləsi üzrə 2024-cü il noyabrın 12-dən 22-ə qədər payız tətili olacaq.

Noyabrın 9-10-u və 23-24-ü şənbə və bazar günlərinə, eləcə də 8 Noyabr Zəfər Günü və 9 Noyabr Dövlət Bayrağı Günü qeyri-iş günlərinə, həmçinin 9 noyabr şənbə gününə düşdüyü üçün 11 noyabr da qeyri-iş günü olacaq. Beləliklə, orta məktəblərdə tətil ümumilikdə 8 noyabrda başlayacaq və tam 17 gün - 25 noyabra qədər davam edəcək.

Noyabrın 25-i isə dərs günü olacaq./oxu.az

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26