Interposta.Info

Xalq artistinin səhhətində problem yarandı, əməliyyat olundu

Manşet
 8-07-2024, 11:59     21 746

Xalq artisti Rasim Balayevin səhhətində problemlər yaranıb.

"İnterPosta"nın məlumatına görə, aktyor Qaynarinfo-ya açıqlamasında əməliyyat olunduğunu bildirib:

"Belimdə uzun illərdir problemlər var idi. Ya əməliyyat olunmalı idim, ya da müalicə. Həkimlər fizoterapiya müalicə kursu təyin etdilər. Baxdılar ki, nəticə vermir. İllərdir əziyyət çəkirdim, axırda dedim ki, əməliyyat edin, canım qurtarsın".

Aktyor hazırda evdə olduğunu vurğulayıb:

"Müalicə yazıblar, görək necə olacaq".

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26