Əslən Laçın rayonundan olan, Sahil qəsəbəsində doğulan Həsənov Tural Rauf oğlunun əziz xatirəsinə -VİDEO+FOTO

Şəhid Həsənov Tural Rauf oğlunun xatirəsinə Laçın rayon 5 nömrəli tam orta məktəbdə tədbir hazırlanmışdır
Tədbirə Azərbaycan himni ilə başlanılmış və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
İnterPosta.info xəbər verir ki, tədbirin təşkilatçısı ibtidai sinif müəllimi Bayramova Samirə Arif qızı dekorativ tətbiq incəsənət qurupuna aid olan qaşlarla işləmə sənətində şəhid Tural Həsənovun şəkilin işləyib. Şəhidin şəxsi əşyalarının sərgisidə təşgil etmişdir.
Tədbirdə şəhid ailələri, qazilər, məktəbin kollektivi və ziyalılar iştirak edirdi. Eyni zamanda məktəbin şagirdləri şəhidlərə həsr edilmiş şeyirlər də söylədilər.
Laçın rayon 5 nömrəli tam orta məktəbin direktoru Əzizov Əlipolad Həbib oğlu, şəhid valdeyinləri, qazilər və ziyalılar çıxışlar etmişdirlər.
Tədbirin sonunda şəhid Həsənovun xatirəsinə ehsan süfrəsi verilmişdir.
Əslən Laçın rayonunun Mişni kəndindən olan sakit təbiətli, mehriban, böyük-kiçik yeri bilən bu gənc oğlan hamının hörmətini qazanmışdı.
Həsənov Tural Rauf oğlu 1997-ci il iyun ayının 15-də Qaradağ rayonunun Sahil qəsəbəsində anadan olmuşdur. 2003-cü ildən Qaradağ rayonunun Ümid qəsəbəsindəki 294 saylı orta məktəbin 1-ci sinfinə gedib.
2014-cü ildə həmin məktəbi bitirib və elə həmin il Lənkəran Dövlət Universitetinin İngilis dili (tərcüməçi) fakultəsinə qəbul olub.
2018 -ci ildə həmin universitetdən məzun olmuşdur.2018-ci il iyul ayı çağırışı ilə hərbi xidmətə getmiş, 2019-cu il iyul ayında hərbi xidmətdən tərxis olunmuşdur.
2020-ci il sentyabr ayının 21-də Tural Səfərbərlik xidmətinin çağırışı ilə hərbi xidmətə getmişdir.
2020-ci il dekabr ayının 30-da Xocavənd yolunda xidməti maşınlarında minaya düşərək şəhid olmuşdur.
Tural Füzuli , Cəbrayıl və Şuşanın azad olunmasına görə medallarla təltif olunmuşdur.
Allah Turala və bütün şəhidlərimizə rəhmət etsin!
Daha ərtaflı Media Tv-nin sujetində:
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26