Interposta.Info

Vilayət Eyvazov bu rayonlara və idarəyə rəislər təyin etdi

 

Manşet
 13-03-2024, 14:57     28 894

Beyləqan və Yevlaxa yeni polis rəisi təyin edilib.

"İnterPosta" xəbər verir ki, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmrlər imzalayıb.

Əmrə əsasən, Binəqədi RPİ-nin rəis müavini, polis polkovniki Ceyhun Qurbanov Beyləqan RPŞ-nin rəisi vəzifəsinə təyin edilib.

Nazirin digər əmri ilə Beyləqan RPŞ rəisi pois polkovniki Rüstəm Cəfərov Yevlax RPŞ-nin rəisi vəzifəsinə təyin olunub.

Sabunçu rayon Polis İdarəsinin rəis müavini polis polkovniki Sədi İsmayılov Xəzər rayon Mühafizə İdarəsinin rəisi təyin edilib.

Bundan başqa, nazirin digər əmri ilə polis polkovnik-leytenantı İkram Əhmədov Göyçay Regional Mühafizə İdarəsinin rəisi vəzifəsinə təyin olunub.

Vilayət Eyvazovun müvafiq əmri ilə Yasamal RPİ-nin rəisi polis polkovniki Cəmil Əmirov Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin rəisi təyin edilib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26