Interposta.Info

Konstitusiya Məhkəməsi Plenumu seçkilərlə bağlı qərarı elan etmək üçün müşavirəyə gedib - YENİLƏNİB + CANLI  

Manşet
 13-02-2024, 12:16     25 065

Konstitusiya Məhkəməsi Plenumunun növbədənkənar prezident seçkisinin yekunlarına həsr olunan iclasında sədr Fərhad Abdullayev fasilə elan edib.

"İnterPosta"xəbər verir ki, Konstitusiya Məhkəməsinin hakimləri qərar vermək üçün müşavirəyə yollanıblar.

11:25

Konstitusiya Məhkəməsi Plenumunun növbədənkənar prezident seçkisinin yekunlarına həsr olunan iclasında Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov çıxış edib.

"İnterPosta"nın məlumatına əsasən, o, seçki qanunvericiliyinin tələblərindən irəli gələn prosedurların icra olunduğunu bildirib.

M.Pənahov deyib ki, seçki prosesində seçici siyahıları hazırlanıb, müvafiq olaraq dairə və məntəqə seçki komissiyalarına təqdim edilib.

MSK sədri seçki prosesi zamanı prezidentliyə namizədliyin irəli sürülməsi, prezidentliyə namizədlərin qeydə alınması barədə də məlumatlar verib.









Daha çox foto burada: PhotoStock.az
11:01

Konstitusiya Məhkəməsi Plenumunun növbədənkənar prezident seçkisinin yekunlarına dair iclası başlayıb.

"İnterPosta"bildirir ki, iclasda prezident seçkisinin yekunlarına dair Mərkəzi Seçki Komissiyasının (MSK) protokolunun təsdiq edilməsi və seçkinin nəticələrinə baxılacaq.

İclasda MSK-nın sədri Məzahir Pənahov, MSK sədrinin müavini Rövzət Qasımov, qurumun katibləri Mikayıl Rəhimov və Arifə Muxtarova iştirak edirlər.

Ombudsman, Dövlət Statistika Komitəsinin əməkdaşları, Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin ekspertləri də iclasda iştirak edənlər arasındadırlar.

Qeyd edək ki, 2024-cü ilin fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkisi keçirilib.

MSK-nın yekun nəticələrinə əsasən, seçkidə iştirak etmiş seçicilərin 92,12 faizinin səsini (4 567 458 səs) qazanan İlham Əliyev qalib elan edilib.\oxu.az

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26