Interposta.Info

Azərbaycan Ordusunun bir neçə vəzifəli şəxsi ehtiyata və istefaya göndərilib

Manşet
 12-01-2024, 14:20     39 346

Azərbaycan Ordusunun bir neçə vəzifəli şəxsi ehtiyata və istefaya göndərilib.

Bu barədə "İnterPosta"ya Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin müvafiq bəndinə əsasən həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatmış Azərbaycan Ordusunun bir neçə vəzifəli şəxsi ehtiyata və istefaya göndərilib.

Xatırladaq ki, bundan əvvəl Xüsusi Təyinatlı Qüvvələrin komandanı, general-leytenant Hikmət Mirzəyev müdafiə nazirinin müavini - Quru Qoşunlarının komandanı təyin edilməsi barədə xəbər yayılıb. General-leytenant Ənvər Əfəndiyev isə Müdafiə nazirinin müavini - Quru Qoşunlarının komandanı vəzifəsindən azad olunub.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26