Interposta.Info

Azərbaycanda yoluxucu xəstəlik yayılan məktəb bağlandı (VİDEO)

Manşet
 25-10-2023, 11:45     23 194

Şəkidə təhsil müəssisəsi yayılan qızılca xəstəliyi səbəbindən müvəqqəti bağlanıb.

Ötən ay Şəki Şəhər İnteqrasiya Təlimli İnternat Tipli Gimnaziyada kəskin yoluxucu xəstəlik kütləvi hal alıb.

Bu səbəbdən də sentyabrın 24-də məktəb rəhbərliyi həkimlərə müraciət edib.

Şəki Rayon Mərkəzi Xəstəxanasında uşaqlar müayinə olunub, onlara zəruri tibbi xidmət göstərilib. Hər biri sağalaraq kafi vəziyyətdə evə yazılıb.

Məsələ ilə bağlı Elm və Təhsil Nazirliyindən bildirilib ki, şagirdlər arasında qızılca xəstəliyi müşahidə olunduqdan sonra Şəki Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin həkimləri təhsil müəssisəsində yaranmış mövcud vəziyyəti qiymətləndirib və akt tərtib edilib.

Oktyabrın 6-dan isə dərslərin distant formada tədrisi barədə qərar qəbul edilib.

Qeyd edək ki, oktyabrın 27-dən gimnaziyanın fəaliyyətinin ənənəvi şəkildə davam etdirilməsi nəzərdə tutulur.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26