Interposta.Info

Füzuli şəhərinə daha 24 ailə yola salındı - YENİLƏNİB + FOTO

Manşet
 11-09-2023, 09:16     367

Füzuli şəhərinə növbəti köç karvanı artıq yola salınıb.

Bakı şəhərindən 19 ailə (69 nəfər), Sumqayıt şəhərindən iki ailə (10 nəfər), Füzuli rayonundan iki ailə (səkkiz nəfər), Mingəçevir şəhərindən isə bir ailə (beş nəfər) olmaqla, ümumilikdə 24 ailə (92 nəfər) Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və Füzuli Rayon İcra Hakimiyyətinin nümayəndələri tərəfindən Füzuli şəhərinə yola salınıb.

07:11

Füzuli şəhərinə növbəti köç karvanı yola salınır.

Bu gün Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Qobu Park-3” yaşayış massivindən 21 ailə (79 nəfər) Füzuli şəhərinə yola düşür.

Köç karvanına Mingəçevir şəhərindən bir ailə (beş nəfər), Füzuli rayonunun bir nömrəli Qayıdış qəsəbəsindən isə iki ailə (səkkiz nəfər) qoşulacaq. Ümumilikdə isə 24 ailə (92 nəfər) Füzuli şəhərinə yola salınacaq.
Qeyd edək ki, bugünkü köç də nəzərə alınmaqla Füzuli şəhərinə cəmi 119 ailə (441 nəfər) köçürülmüş olacaq./oxu.az

İnterPosta.info




Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26