Interposta.Info

Xankəndi sakini: “Xanın kəndindən azərbaycanlıların izini silə bilməyəcəklər” - VİDEO

Manşet
 11-09-2023, 09:13     219

Bu gün ermənilərin öz ata-baba yurdu kimi təbliğ etdikləri Xankəndi şəhəri tarixi Azərbaycan torpağıdır. Bu şəhərdə ötən əsrin sonlarına qədər azərbaycanlılar yaşayıb.

Xezerxeber.az-ın məlumatına görə, Hikmət Xudiyev də Xankəndidə doğulan vətəndaşlarımızdandır.

Keçmiş polis zabiti ömrünün ən gözəl illərini Xankəndidə keçirdiyini deyir.

Xankəndidə polis işləyən müsahibimiz vurğulayır ki, şəhərdə yaşayan ermənilər daim azərbaycanlıları sıxışdırmağa və oradan çıxarmağa çalışıblar.
Xankəndidən məcburi köçkün düşmüş Hikmət Xudiyev deyir ki, ermənilər nə qədər tarixi saxtalaşdırmağa çalışsalar da, Xanın kəndindən azərbaycanlıların izini silə bilməyəcəklər.

Xankəndinin azərbaycanlı əhalisi bu gün öz yurdlarına qayıtmağa hazırdır və onlar bu arzularının gerçəkləşəcəyinə inanırlar.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26