Interposta.Info

Sabah Laçının Zabux kəndinə ilk köç olacaq

Manşet
 24-08-2023, 11:34     463

Laçın rayonunun Zabux kəndinə köç başlayır.

"İnterPosta" xəbər verir ki, avqustun 25-də ilk mərhələdə 20 ailə (88 nəfər) kəndə köçürüləcək.

Bakıdan Zabuxa yolasalma Lökbatanda məcburi köçkünlər üçün salınmış "Qobupark-3”də məktəbin qarşısında olacaq.

Qeyd edək ki, Laçın rayonunun Zabux kəndi 2022-ci ilin avqustun 26-da erməni işğalından azad olunub və Azərbaycan Ordusunun nəzarətinə keçib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26