Interposta.Info

Laçının 93 sakini doğma yurda yola salınıb - FOTO

Manşet
 9-08-2023, 09:01     209

Bu səhər bir neçə ailə Laçına yola salınıb.

93 nəfərdən ibarət 23 ailə doğma yurduna geri dönür.

Köç Qaradağ rayonundakı “Qobu Park-3” yaşayış kompleksindən başlayıb.

Köçürülən ailələr Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlət başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşacaqlar.
Bununla da Laçın şəhərində 203 ailə, yəni 793 nəfərin daimi məskunlaşması təmin edilib./report

İnterPosta.info







Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26