Interposta.Info

Dərslər sentyabrın 1-i başlayacaq? (YENİLƏNİB)

Manşet
 8-08-2023, 17:41     147

Bu il dərslərin 15 sentyabrda başlaması təsbit edilib.

Bu barədə Qaynarinfo-ya Elm və Təhsil Nazirliyindən bildirilib.

"Ümumi təhsil müəssisələrində tədris ilinin müddəti”nin təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin 24 fevral 2020-ci il tarixli 66 nömrəli qərarına əsasən, həmçinin hər il Elm və Təhsil Nazirliyinin əmri ilə təsdiq edilən tədris planlarında ümumi təhsil müəssisələrində tədris ilinin 15 sentyabrda başlaması təsbit edilib” - nazirliyin məlumatında qeyd olunub.

15.17

Azərbaycanda bu il dərslərin sentyabrın 1-i başlaması ilə bağlı fikirlər səsləndirilir. Hətta iddia edilir ki, bəzi məktəb direktorları bununla bağlı müəllimlərə məlumat verib.

Bəs, sosial şəbəkələrdə yayılan bu məlumatlar nə dərəcədə doğrudur?

Azxeber.com mövzu ilə Elm və Təhsil Nazirliyi ilə əlaqə saxlayıb. Nazirliyin İctimaiyyətlə Əlaqələr sektorunun müdiri Cəsarət Valehov açıqlama verib. Qurum rəsmisi bu məlumatın doğru olmadığını deyib:

"Tamamilə yanlış məlumatdır. Bu il dərslər 15 sentyabr tarixində başlayacaq”.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26