Interposta.Info

70 fut dərinlikdə ermənilərin "tikdiyi kilsə": Ərincə, yoxsa Arınc? - VİDEO

Manşet / Paradoks
 11-06-2023, 12:29     1 318

Azərbaycanın qədim Ərincə kəndi, yoxsa Ermənistanın Arınc kənd?

Ərinc kəndi necə Arınc kəndi olub: Kənddə kilsə adı altında yeraltı sığınacaq tikən erməni höküməti!

Xaliq Rəşidoğlunun araşdırması!


70 fut dərinlikdə ermənilərin "tikdiyi kilsə": Ərincə, yoxsa Arınc? - VİDEO

İlk öncə sizi 70 fut dərinlikdə tunellər, pilləkənlər və mağaralardan ibarət labirintin, yəni yeraltı kilsənin bir şəxs tərəfindən tikilməsinin absurd olmasından danışacağıq.

Ermənilər sosial mediada təbliğat aparırlar ki, guya Arınc kənd sakini, peşəkar inşaatçı Levon Arakelyan 23 ilə yeraltı kilsə inşa edib.

Levon Arakelyanın həyat yoldaşı Tosyanın dediyinə görə, guya Levon hər gün 18 saat işləyirmiş, özü də sərt qayaları oyaraq.

Əziz və hörmətli izləyicilər kadrlardanda gördüyünüz kimi, ermənilər kilsə adlandırdığı bu sığınacaq bir adamın görə biləcəyi iş deyil.

Əgər bir adam 23 il, hər gün, 18 saat bu qazıntını aparıbsa, onda belə çıxır ki, ermənilərin dırnaqarası qəhramanı 23 il hər gün 6 saat istirahət edib. Ki bu da qeyri mümkündür!

Onda belə bir sual yaranır: Bu adam 23 ildə tikinti və qazıntı işlərini aparmaq üçün öz həyati yaşamını sürdürmək üçün pulu haradan alıb?

Ermənilərin fərziyəsinə görə, dırnaqarası qəhrəmanları 44 yaşlı inşaatçı Levon Arakelyan 1985-ci ildə tunelin qazıntısına başlayıb və bir neçə istiqamətdə tunellər inşa edib.

Hayların təbilğatçıları qeyd edirlər ki, Levon 2008-ci ildə vəfat edəndə 67 yaşlı inşaatçının hələ də mağara şəbəkəsini genişləndirməsini planlaşdırırmış.

Əslində isə ermənilərin məqsədi kilsə adı altında azərbaycanın qədim torpağı olan, Şərur-Dərələyəz qəzasında indiki Azərbaycan Respubilkası sərhəddi ətrafında yeraltı sığnacaq tikməkdir.

Bu millətin hər zaman olduğu kimi qonşu dövlətlərlə niyəti bəllidir!

İndi sizlərə Ərincə kəndi haqqında qısa məlumat verəcəyik:


Ərinc - Kənd İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, keçmiş Paşalı (Vayk) rayonunun, indiki Vayotsdzor vilayətinin ərazisində mövcud olmuşdur. Paşalı yaşayış məntəqəsindən 16-17 km şimal-şərqdə, Arpa- çayın sağ qolu olan Ərinc çayın sahilində yerləşirdi. "İrəvan əyalətinin icmal dəftəri"ndə "Ər- sinc", "Naxçıvan sancağının müfəssəl dəftəri"ndə "Ərnic", Qafqazın 5 verstlik xəritəsində "Arinc", Yeğiazaryanın 1955-ci ildə erməni dilində çap olunmuş "Əzizbəyov rayonunun mədəniyyət abidələri" kitabında "Arinc kənd yeri" kimi qeyd edilmişdir.

Kənddə 1831-ci ildə 177,1897-ci ildə 200, 1904-cü ildə 264, 1914-cü ildə 290, 1916-cı ildə 252 nəfər yalnız azərbaycanlı yaşamışdır.

1918-ci ildə azərbaycanlılar erməni silahlı birləşmələrinin hücumuna məruz qalmış və kütləvi qırğınlar nəticəsində kənddən qovulmuşdur. İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra sağ qalan azərbay¬canlılar öz doğma kəndlərinə qayıda bilmişlər. Kənddə 1922-ci ildə 23, 1926-cı ildə 103, 1931- ci ildə 171 nəfər yalnız azərbaycanlı yaşamışdır, SSRİ Nazirlər Soveti¬nin "Kolxozçuların və digər azərbaycanlı əhali¬nin Ermənistan SSR-dən Azərbaycan SSR-in Kür- Araz ovalığına köçürülməsi haqqında" 23 dekabr 1947-ci il tarixli qərarına əsasən, kəndin azər-baycanlı əhalisi zorla Azərbaycana deportasiya edilmişdir. 1949-cu ildə kənd ləğv olunmuşdur. Hazırda xarabalıqdır.

Xaliq Rəşidoğlu

İnterPosta.info


Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26