Interposta.Info

Bakıda çoxmərtəbəli yaşayış binasında baş verən yanğın söndürüldü - YENİLƏNİB + FOTO

Manşet
 16-03-2023, 09:51     264

Bakı şəhəri, Xətai rayonu, Ramiz Quliyev küçəsində çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən söndürülüb.

FHN-dən verilən məlumata görə, yanğın nəticəsində onaltımərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində yerləşən ümumi sahəsi 40 kvadratmetr olan ikiotaqlı mənzilin bir otağının yanar konstruksiyaları 7 kvadratmetr sahədə, mətbəx mebeli 3 p.m, 1 ədəd paltaryuyan və 1 ədəd kondisioner qismən yanıb.

Mənzilin qalan hissəsi və qonşu mənzillər yanğından mühafizə olunub.

00:32

Bakıda çoxmərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində başlayan yanğın söndürülüb.

APA xəbər verir ki, yanğın baş verən əraziyə polis naryadı və TTY briqadası cəlb edilib, bina sakinləri təxliyə olunub.

Təxliyə edilənlər arasında yanan mənzilin kirayəçiləri də var.


23:55

Bakı şəhəri, Xətai rayonu, Ramiz Quliyev küçəsində çoxmərtəbəli yaşayış binasında yanğın olub.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri çağırış üzrə cəlb olunub.

İnterPosta.info



Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26