Interposta.Info

Ermənistanın son döyüşlərdəki itkiləri: Ölü, yaralı və əsir sayı açıqlandı (RƏSMİ)

Manşet / Gündəm
 19-09-2022, 19:39     651


Azərbaycanla sərhəddə toqquşmalar nəticəsində Ermənistan silahlı qüvvələrinin 207 hərbçisi ölüb, 2 nəfər itkin düşüb, yaralıların sayı isə 293 nəfərdir.

"İnterPosta" xəbər verir ki, Qaynarinfo "Aysor”a istinadən məlumat yayıb.

Bu barədə Ermənistan Təhlükəsizlik Şurasının bəyanatında bildirilib.

Sentyabrın 19-da Ermənistanın Baş naziri Nikol Paşinyanın rəhbərliyi ilə Təhlükəsizlik Şurasının toplantısı keçirilib. Şurada bəyanat qəbul olunub. Bildirilib ki, Ermənistanın 207 hərbçisi ölüb. Bundan başqa, 293 nəfər yaralanıb, 20 hərbçi isə əsir düşüb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26