Interposta.Info

Azərbaycanda evdən gedən qadını atası taparaq öldürüb - YENİLƏNİB

Manşet
 7-09-2022, 17:32     578

Abşeron rayonunda qadının qətli ilə bağlı yeni təfərrüat məlum olub.

Məlumata görə, 1989-cu il təvəllüdlü Aybəniz Abdullayeva sentyabrın 2-də Ağsu rayonundan, ərinə məxsus evdən qaçaraq Abşeron rayonunda tanıdığı şəxsin evində qalıb.

Daha sonra onun atası Nazim Əliyev qızını axtarmağa başlayıb. Bu gün səhər saatlarında ata qızının yaşadığı evi taparaq onu öldürüb.

A.Abdullayevanın bir azyaşlı övladı olub.

Abşeron Rayon Prokurorluğunun məlumatına görə, faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb:

“Aparılmış araşdırmalarla zərərçəkmişin atası, 1965-ci il təvəllüdlü Nazim Əliyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla xəsarətlər yetirərək Aybəniz Abdullayevanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Nazim Əliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. İş üzrə istintaq davam edir”.

16:32

Abşeronda qətl hadisəsi olub.

Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə bu gün səhər saatlarında baş verib. Ağsu rayon sakini 33 yaşlı Aybəniz Abdullayeva atası Nazim Əliyev tərəfindən qətlə yetirilib.

Hazırda faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, A.Abdullayeva sentyabrın 2-də Ağsuda yaşadığı evdən çıxaraq itkin düşübmüş.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26