Interposta.Info

“Lerik broyler” 10 mindən çox əhalinin ekoloji cinayətin qurbanına çevrilib? - VİDEO

Manşet / Paradoks
 10-08-2022, 00:20     1 966

İnsanların həyatını cəhənnəmə döndərən "Lebro" yəni “ Lerik broyler” adlanan toyuq ferması deputat İqbal Məmmədova məxsusdur?

İnterPosta.info-nun redaksiyasına kənd sakinləri tərəfindən ünvanlanmış müraciətdə deyilir:


Sizə Lənkəran rayon Təngivan kənd sakinləri yazır.
Gözdən , könüldən kənarda qalan, bu kənd daim məmurların talançilıq və zülm mərkəzinə çevrilib.
Bu dəfəki şikayətimiz bizə qonşu olan Lerik rayon Piran kəndində yerləşən, fəaliyyət göstərən, yuxumuzu ərşə çəkən, dünyanı bizə dar edən Toyuq ferması haqqındadir.
Ferma Lerikin 15 illik deputatı İqbal Məmmədova məxsusdur, yaratdığı cinayət dolu müsibətlərin isə misli yoxdur.
"Lebro" yəni “ Lerik broyler” adlanan bu ferma artıq 8 ilə yaxındır ki, fəaliyyət göstərir.

“Lerik broyler” 10 mindən çox əhalinin ekoloji cinayətin qurbanına çevrilib? - VİDEO

Minlərlə əhalisi olan, qəsəbə adı almağa hazırlaşan Piran kəndinin göbəyində tikilib.
Lerik rayon Piran kəndi ilə qonşu olan Təngivan kəndi sakinləri olaraq bizi ən çox narahat edən səbəb isə, kəndimizə hər gecə buraxılan dəhşətli , sərt üfunətlə bağlıdır. -Elə bir üfunət ki, müqaisə ediləcək deyil.
Az qala ürəyi dayandıracaq üfunətdən söhbət gedir.
Tonlarla ölmüş toyoq və içalatı yandırılır kül halına gətirilərək yenidən toyuq yeminə çevrilir.- Məhz üfunəti yaradan səbəb də budur.
Bu dəhşət təkcə bir kəndi deyil, fermadan kilometrlərlə uzaq məsafədə yerləşən kəndləri də bürüyür.
10 mindən çox əhali bu ekoloji cinayətin qurbanına çevrilib. Hər gecə, yaxud 2 gündən bir bu baş verir və 3, 4 saat davam edir.
Bu sərt qoxusu olan zəhərli üfunətə sağlam insan belə dözməyə çətinlik çəkir - insanlarda ürəkbulanma, qusma, başağrısı, halsızlıq, təngnəfəslik və sayir əlamətlər doğurur. Bir sözlə orqanizm dözə bilmir bu iyrənc qoxuya.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Qida Təhlükəsizliyi Agentliyinə dəfələrlə şikayət etsək də, gəlib ferma sahibi ilə gizli sövdələşıb gedirlər - problem qalmaqda davam edir.
Xahiş edirik problemimizi ictimailəşdirin bəlkə kimlərsə eşidib qarşısını ala.
Ölürük daha, dərdimizi anlayan yoxdur.

Daha ətraflı İnterPosta.info-nun təqdim etdiyi sujetdə:



Qarşı tərəf kənd sakinlərinin etdiyi iddiyaların əsassız olduğunu bildirir.

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26