Interposta.Info

Xalq artisti dəfn olundu (YENİLƏNİB/FOTO)

Manşet
 23-02-2022, 19:28     350

Azərbaycan qoboyçusu, bəstəkarı və pedaqoqu, Xalq artisti Kamil Cəlilov bu gün II Fəxri Xiyabanda dəfn olunub.

APA-nın xəbərinə görə, dəfn mərasimində mərhumun ailə üzvləri ilə yanaşı, hökumət və mədəniyyət nümayəndələri iştirak ediblər.

Mərhumun yaxın dostu, şair, jurnalist Habil İslam jurnalistlərə açıqlamasında Kamil Cəlilovla möhkəm dost olduqlarını xatırladıb: "Bizim Kamillə nə az, nə çox düz 35 illik dostluğumuz var. Bu gün Azərbaycan mədəniyyətinə çox boyük bir itki üz verib. Kamil Cəlilov ölkədəki yeganə qaboy ustadı idi".

Qeyd edək ki, Kamil Cəlilovun əvvəlcə Bilgəh qəbiristanlığında dəfn olunması nəzərdə tutulsa da, sonradan dəfn mərasimi II Fəxri Xiyabana dəyişdirilib.

16.05

Xalq artisti Kamil Cəlilov bu axşam Bakı şəhərində II Fəxri Xiyabanda dəfn olunacaq.

"İnterPosta" xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.

Qeyd edək ki, daha öncə mərhumun Bilgəh qəbristanlığında həyat yoldaşının məzarı ilə yanaşı dəfn olunacağı bildirilmişdi.

13:11

Xalq artisti Kamil Cəlilov ilə saat 15:30-da Bakıxanov İmam Rza Məscidində vida mərasimi keçiriləcək.

Bu barədə Qaynarinfo-ya Mədəniyyət Nazirliyindən məlumat verilib.

Mərhum Bilgəh qəbristanlığında həyat yoldaşının məzarı ilə yanaşı dəfn olunacaq.

Qeyd edək ki, Kamil Cəlil oğlu Cəlilov 1938-ci il yanvarın 29-da Bakının Buzovna kəndində anadan olub. O, dünən 84 yaşında vəfat edib.

Allah rəhmət eləsin!

İnterPosta.info










Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26