Interposta.Info

Bu dəfə yeraltı dünyanın kralı Zaur Hüseynovun milyonları üzə çıxdı - Faktlar+VİDEO

Manşet / Paradoks
 13-02-2021, 22:04     4 459

Bloger Mehman Hüseynov Bakı Metropolitenin rəisinin və oğlunun mülkləri haqqında araşdırma aparıb.

İnterPosta.info
blogerin sosial şəbəkədə ki, etdiyi paylaşımı təqdim edir:

Bakı metropolitenin rəisi Zaur Hüseynovun milyonlarını tapmışıq.

Ay camaat, pullarınızı hazırlayın, bu yaxınlarda metro fəaliyyətə başlayır. Metronun rəisi Zaur Hüseynov ciblərini açıb bizi gözləyir. Axı bizim metroya verdiyimiz hər 30 qəpik onun biznesini böyüdür. Necə? Buyurun baxın...

Metronun əvvəlki rəisi Tağı Əhmədov etiraf edib ki, vəzifədə olarkən MTN-ə 3 milyon manat dolya verib ki, ona heç kim toxunmasın, rahat vəzifədə qalıb metrodan gələn pulları yesin. Bəs indiki rəis Zaur Hüseynov milyonları necə qazanır və vəzifədə necə toxunulmaz qala bilir?

Metropoliten rəisinin oğlu Həbib Hüseynzadənin milyonluq şirkətlərini, bahalı maşınlarını, restoranlarını araşdırıb ortaya çıxartmışıq. Metroda oğurlanan pulları xarici şirkətlər vasitəsi ilə ölkədən çıxardırlar. Bakıda isə restoranlar işlədirlər.

Kimsə deyə bilər metropolitenin rəisində bu qədər pul para haradandır? Düz fikirləşirsiz, yenə də bizim cibimizə girib, sərvətimizi, var dövlətimizi oğurlayıb kef edirlər, özlərinə dəbdəbəli həyat qururlar.

İnterPosta.info



Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26