Interposta.Info

Astara Təhsil müdirinin “Don Kixotvari” Macəraları Rəşad Həsənov haqqında 1-ci yazı

Manşet
 6-12-2020, 00:02     2 282

Astara rayon təhsilində anormallıqlar və oyunlar davam etməkdədir! Necə deyərlər, “köhnə hamam, köhnə tas”.

Jurnalist Leman Məmmədova Astara Təhsil şöbəsinin müdirinin “Don Kixotvari” Macəraları Rəşad Həsənov haqqında 1-ci yazısın İnterPosta.info olaraq olduğu kimi təqdim edirik:


Belə ki, 2018-ci ilin iyulunda təhsil idarəsinə rəhbər gələn və heç bir humanitar təhsili olmayan Rəşad Həsənov gözlənildiyi kimi, bu işi “əlinə-gözünə bulaşdırmağa” davam edir.

Sadəcə, bunu qeyd etmək yetərlidir ki, 110 minlik rayonun təhsil başçısı, rəsmi feybsuk hesabında indiyəqədər təhsilə dair heç bir təklif və ciddi fikirlə çıxış etməyibdir! Bəli, nə qədər qəribə olsa da, təhsil rəhbəri təhsillə bağlı ciddi təkliflər əvəzinə, sadəcə, hansısa xəbərləri, Təhsil Nazirliyinin, başqalarınınstatuslarınıpaylaşır. Hətta, bəzi hallarda, özünü saxlaya bilməyib, ucuz və yüngül, şou xarakterli, məktəbli səviyyəsində əyləncəli paylaşımlara yola verir. Bu da, əlbəttə, onun elmi səviyyəsinin olmamasını bir daha sübut edir. Sözsüz ki, bunun fonunda aradabir bəzi “reket” saytlar vasitəsilə onun hansısa “fikirlərinin” peyda olması da şübhələr yaradır. Əgər doğrudan da Rəşad bəyin hansısa konseptual, ciddi təklifləri, dəyərləndirmələri varsa, niyə bunları öz profilində etmir?...
İnanmırsızsa buyurub özünüz baxa bilərsiz: https://www.facebook.com/rashad.hasanov.752



Əlbəttə, bu skrinlərdən, bu paylaşımlardan sonra əlavə sözə ehtiyac qalmır... Necə deyərlər, no komment....

Daha öncə Astara Rayon Şahağac kənd icra nümayəndəsi işləyən R. Həsənov, görünür ki, sırf icra hakiminə “yaxşı xidmət etdiyi” üçün və maddi imkanlı olduğu üçün təhsil idarəsinə rəhbər düzəldilibdir!
Doğrudur, o, Qızbəs Məmmədovadan daha savadsız olsa da, üzə gülməklə və vəd verməklə, qaşqabaqlı Qızbəx xanımdan fərqli davranmaqla, bəzi avam insanların “saqqızını oğurlamağı” bacarıbdır. Lakin, vəzifəyə gəldiyi ilk aylarda yol verdiyi “ölümcül səhvlər” onun təhsil müdiri karyerasının ölü doğulmasına səbəb olubdur. Belə ki, 2018-ci ildə rayonda baş verən və sonradan böyük əks-səda yaradan 2 dramatik işdən çıxarma hadisəsində məhz Rəşad bəyin imzası var.
DQ-dən 55 bal yığmış və rüşvətə qarşı çıxmış ingilis dili müəllimi Fuad Mehrəliyəvi artıq bütün ölkə ictimaiyyəti tanıyırsa, məhz Rəşad Həsənov sayəsində tanıyır. Belə ki, məhz o, peşəkar müəllimlərdən biri olan Mehrəliyevin, sözün həqiqi mənasında, “torbasını tikmişdi”; onu işdən çıxartmaqla kifayətlənməmiş, ümumiyyətlə onu “yox etmək” üçün Astara polisi vasitəsilə zorla dəlixanaya saldırıb “dəlilik kağızı” düzəltdirmişdi (!). Əlbəttə, bu işdə uzun illərdən bəri rayonda fironluq edən qalmaqallı icra hakimi Qəzənfər Ağayevin də dəstəyini qeyd etməməmək olmur...
Eyni zamanda, şəhər 6 saylı məktəbin psixoloqu, rayonun gənc elm adamlarından olan Daşqın Əliyevi də işdən məhz R. Həsənov çıxartmışdı. Belə ki, məktəbdə direktor Elçin Mirzəzadənin və adamlarının zorakılığına məruz qaldığı üçün (!) cəzalandırılan psixoloqun, hətta hətta əmək kitabçasını da qaytarmaqdan imtina edərək, biabırçılıqlara imza atmışdı...
Əlbəttə, bu cür məşum hadisələrin, haqsızlıqların siyahısını uzatmaq da olar, lakin Rəşad Həsənovun “Don Kixotvari” təhsil müdiri karyerasının əsas ştrixtlərini təsvir etmək üçün hələlik bu qədər də yetərlidir (Gələn dəfələrdə bu mövzuya qayıdacağıq).
Amma, bu gülünc və səviyyəsiz oyunlara cənab Həsənov heç də oyun kimi yox, “ciddi iş” kimi yanaşır və “mən islahat edirəm!” deyə cavab verir!

P.S. Bəs, yaxşı 2 ildən sonra nələr baş verdi? Görəsən, Astara təhsilinin “yenilikçisinin” “islahatlarının” sonu necə oldu?

Bundan sonra danışacaqlarımız isə çoxları üçün gözlənilməz olacaqdır!
Hələlik bu qədər.

İnterPosta.info




Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26