Interposta.Info

Sutka ərzində bu istiqamətlərdə döyüşlər davam edib (RƏSMİ)

Manşet
 5-11-2020, 18:41     950


"Məğlubiyyətə məhkum edilmiş Ermənistan çıxış yolunu yenə də səhv istiqamətdə - dezinformasiya və feyk məlumatları yaymaqda görür".

"İnterPosta" xəbər verir ki, bunu Müdafiə Nazirliyinin mətbuat katibi Anar Eyvazov bildirib.

"Ermənistan ordusundan fərqli olaraq Ordumuz feyk senarilər əsasında quraşdırılmış səhnəciklərlə deyil, döyüş meydanında müasir avadanlıqlarla çəkilmiş foto və videogörüntülərlə Azərbaycan xalqını və dünya ictimaiyyətini cəbhədə baş verən real hadisələrlə bağlı məlumatlandırır".

Qurum rəsmisi bildirib ki, son sutka ərzində əsasən cəbhənin Ağdərə və Xocavənd istiqamətində döyüşlər davam edib, Zəngilan istiqamətində düşmənin təxribatının qarşısı alınıb. Onun sözlərinə görə, Ermənistan silahlı qüvvələrinin 10-cu dağatıcı diviziyasının Tərtər istiqamətində Tonaşen kəndində yerləşən 7-ci dağatıcı alayının qərargahı, əsgər kazarmaları, sursatla dolu avtomobil texnikaları və digər hərbi infrastrukturunun dağıdıldığını qeyd edən

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26