Interposta.Info

Ermənilərin məhv edilən döyüş texnikalarının SİYAHISI

Manşet
 1-10-2020, 09:27     648

Sentyabrın 27-si səhər saatlarından sentyabrın 30-u saat 21.30-dək düşmən canlı qüvvədə, hərbi və döyüş texnikasında xeyli itki verib və bütün cəbhə boyunca tutduqları mövqelərdən və ərazinin vacib sahələrindən geri çəkilməyə məcbur edilib.

"İnterPosta" Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, bu müddət ərzində düşmənin ümumi itkiləri aşağıdakı kimidir:

- 200-dək tank və digər zirehli texnika;

- 228 ədəd artilleriya, yaylım atəşli raket sistemləri, minaatan;

- 30 ədəd hava hücumundan müdafiə vasitələri;

- 6 komanda-idarəetmə və komanda-müşahidə məntəqəsi;

- 5 silah-sursat anbarı;

- 110-dan artıq avtomobil texnikası;

- 1 ədəd “S-300” zenit-raket kompleksi.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26