Interposta.Info

Nadir Hüseynovun xaricdə biznesi var imiş - SƏNƏD

Manşet
 4-09-2020, 12:41     1 629

Xarici işlər naziri müavini vəzifəsindən azad edilmiş Nadir Sabir oğlu Hüseynovun 11 ildən bəridir ki, Türkiyədə daşınmaz əmlak şirkəti fəaliyyət göstərir.

"İnterPosta"nın xəbərinə görə, bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli məlumat verib.

C.Həsənli bildirib ki, Nadir Hüseynov MAGUNA GAYRİMENKUL DANIŞMANLIĞI TİCARET LİMİTED ŞİRKETİ-ni 1 milyon 525 min lirə nizamnamə kapitalı ilə 2009-cu il yanvarın 20-də təsis edib: Təsis sənədlərinə görə şirkətin 61 min hissə səhmlərinin 60.999-u Bakı şəhəri, Lermontov küçəsi 113/117-də qeydiyyatda olan keçmiş nazirə, cəmi bir səhmi isə eyni ünvanda qeydiyyatda olan oğluna - 1987-ci il təvəllüdlü Məmməd Hüseynova məxsus olub. MAGUNA LİMİTED-in hüquqi ünvanı ETİLER, 17.LEVAZIM MAH.KORU SOK.NO.5 D BLOK KAT.2 D.6 SELENYUM EVL. kimi qeyd olunub. 1998-2010-cu illərdə Konsulluq İdarəsinin rəisi, 2010-cu ildən bu gün vəzifəsindən azad olunanədək xarici işlər nazirinin müavini olub. Nadir Hüseynovun rəhbərlik etdiyi müavinlik strukturuna ümumi katiblik, Konsulluq, İnformasiya, Kadrlar və ixtisasartırma, Maliyyə-valyuta, Tarix-arxiv, İşlər, Hüquqi təminat, Linqvistik təminat, Nazirlik və xarici nümayəndəliklərlə əlaqələr idarələri, YUNESKO üzrə Azərbaycan Milli Komissiyanın katibliyi daxildir".

N.Hüseynovun da mövqeyini dərc etməyə hazırıq.

İnterPosta.info



Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26