Deputatın tikinti şirkətinə etiraz: “Özümü yandıracam” (VİDEO)

Bakı şəhər Nizami rayonu, Kamil Balakişiyev küçəsində "FVS-inşaat” MMC tərəfindən inşa edilən kooperativ yaşayış binasından mənzil alan Vəliyev Tuncay Vaqif oğlu şirkətdən şikayətçidir.
"XeberBiz" xəbər verir ki, şikayətçi bizimyol.info-ya bildirib ki, tikinti şirkəti ona nə evini verir, nə də pulunu.
O, etiraz əlaməti olaraq tikinti şirkətinin yerləşdiyi ünvanın qarşısından keçən avtomobil yolunu bağlayıb.
"XeberBiz" bildirir ki, qaynarinfo-nun əldə etdiyi məlumata görə, adıkeçən şirkət Goranboydan seçilmiş millət vəkili Mahir Aslanova məxsusdur.
interposta.info hadisə yerindən hazırlanan video-süjeti təqdim edir:
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26