Interposta.Info

Komitənin keçmiş sədri Əli Həsənovun DOVLƏT üçün qoyub getdiyi “miras” – “Gəldim ki, İZİM QALA” - VİDEO

Manşet / Paradoks / Ölkə
 28-07-2018, 00:50     10 731

Hal-hazırda Baş Nazirin müavini olan Əli Həsənov Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitənin sədri olduğu zaman ciddi nöqsanlara yol verməsi hər kəsə mətbuatdan bəllidir.

Artıq iki aydır ki, 4 azyaşlı körpəsi ilə küçələrdə qalan, 1-ci qrup Qarabağ əlili, Xocalıdan köçkünü Sayadova Leyla Asif qızı və onun həyat yoldaşı Sayadov Tarverdi Gülbaba oğlu Əli Həsənovu və onun ən yaxın kadrı olan Elmanın, komitədə hal-hazırda da çalışan bəzi şəxsləri ağır ittiham edirlər.


Sayadovlar ailəsi küçələrdə evsiz qalmalarının əsl səbəbini Əli Həsənov və onun komandasının onlara qarşı ədalətsiz olmalarında görürlər.

Erməni vəhşiliyinə məruz qalan Xocalı köçkünü, sağlamlığını Xocalıda itirdiyini bildirir. Elə orda aldığı xəsarətə görə, 1-ci qrup Qarabağ əlili statusu alıb.

Qeyd edək ki, ölkədə ən qalmaqallı köçürmə kimi yadda qalan, Həmzə Babaşov kimi tanınan Təcili Tibbi Yardımın 4 saylı yarımtikili binasında interposta.info adı çəkilən ailədən və digər köçkünlərdən 2017-ci ilin yanvar ayında müsahibə alıb.

Azərbaycan Respubilkasının Prezidenti İlham Əliyevdən, Birinci vitse-Prezident Mehirban Əliyevadan mənzillə təmin edilməsi üçün kömək istəyən Sayadovlar ailəsi Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin keçmiş sədri Əli Həsənovun “komanda”sının məlum “fəaliyyət”i nəticəsində hal-hazırda, Bakı şəhərində küçələrdə, parklarda yaşamağa məhkum edildiklərini bildirirlər.

Sayadovlar ailəsi dövlətin məcburi köçkünlərə verdiyi evlərin onlara pulla satıldığını iddia edirlər.

Adıçəkilən məkanda 2013-cü ildə ilk köçürmə zamanı komitənin əməkdaşları öz yaxınlarını H.Babaşovda yaşamadığı halda qeyri-qanuni dövlət hesabına mənzillərlə təmin etmişlər.

Məlumat üçün onu da bildiririk ki, Nazirlər Kobinetinin 65 nömürəli qərarında göstərir ki, bir köçkün ailəsi bir obiyektdə (düşərgədə, yataqxanada) 3 il daimi yaşadığı hallda, həmin obiyektdən köçürülməlidir.

2013-2018-ci illərdə adı çəkilən obiyektdən köçkünlərin köçürülməsi zamanı, mövcud qanun pozuntusu dəfələrlə baş vermişdir.

Onlarla ailələrin hüquqları bir komanda olan, komitə əməkdaşları Elman, Şəhriyar, Əhliman kimi vəzifəli şəxslər tərəfindən pozulmuşdur.

2013-cü ildə köçürmədən sonra adı çəkilən obiyektdə 74 ailə qalmışdır. Amma buna baxmayaraq 2018-ci ildə eyni obiyektdən 465-ə yaxın məcburi köçkün ailəsi köçürüldü.

Komitə əməkdaşları öz yaxın qohumların H.Babaşovdan qeyri-qanuni köçürməsi səbəbindən, 83 məcburi köçkün ailəsi küçələrdə qaldı; 83 ailədən 30-u 2013-cü ildən adı çəkilən ünvanda məskunlaşmışdır.

O da danılmaz faktlardan biridir ki, erməni hərbi birləşmələri tərəfindən işğal olunmuş rayonların Azərbaycan Silahlı Qüvələrinin tam nəzarətində olan, yaşamaq üçün heç bir həyat təhlükəsi olmayan kənd, qəsəbə sakinlərinədə “mənzillər”lə təmin ediblər.

Yuxarıda qeyd etdiyimiz hal baş nazirin müavini olan, keçmiş komitə sədri Əli Həsənovun rəhbərlik etdiyi komanda tərəfindən yüzlərlə “qara” əməllərindən sadəcə biridir.

Hal-hazırda Baş Nazirin Müavini olan Əli Həsənova güvənərək tutduqları vəzifədən sui-istifadə edərək törətdikləri özbaşınalıqlar haqqında araşdırmamız davam

Yazıda adı çəkilən şəxsləri dinləməyə hazırıq.

interposta.info


Komitənin keçmiş sədri Əli Həsənovun  DOVLƏT  üçün qoyub getdiyi “miras” – “Gəldim ki, İZİM QALA” - VİDEO

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26