Interposta.Info

Fazil Məmmədov və Rəcəb Babaşovla bağlı 750 milyon manatlıq iddia ...

Manşet / Ölkə
 11-06-2018, 14:13     10 756

Fazil Mmmədovun Vergilər Nazirliyində rəhbərlik etdiyi zaman büdcədən 750 milyon manat gizlədilib və bu pulların büdcədən gizlədilməsinə Vergilər Nazirliyinin İri Vergi Ödəyiciləri Departamentinin rəisi, Qazaxın hazırkı icra başçısı Rəcəb Babaşov rəhbərlik edib.

"XeberBiz" xəbər verir ki, bu iddia ilə dia.az az saytı çıxış edib. Sayt yazır ki, mötəbərliyi şübhə doğurmayan mənbənin iddialarına görə, Fazil Məmmədovun barəsində həqiqətən də araşdırmalar başlayıb ki, bu əsnada adı hallandırılanlardan biri də hazırda Qazax rayonuna rəhbərlik edən, ondan əvvəl isə Vergilər Nazirliyində İri Vergi Ödəyiciləri Departamentinin rəisi olmuş Rəcəb Babaşovdur.


Mənbə dia.az-a bildirib ki, “Söhbət təxminən 750 milyon manatdan gedir. Bu məbləğ büdcədən gizlədilib. Rəcəb Babaşovun birbaşa rəhbərliyi altında. Əmr Fazil Məmmədov tərəfindən verilib. İndi bu faktlar rəsmiləşərsə, təkcə Fazil Məmmədov yox, başçı da məsuliyyətə cəlb olunacaq”.

Sayt yazır ki, məhz bu üzdən qürubunu hiss edən Fazil Məmmədov onun iştirakı ilə böyük pulları mənimsədiyi Rəcəb Babaşovu “batan gəmisindən” ilkin olaraq “evakuasiya edib”. Vurğulanır ki, Rəcəb Babaşov Vergilər Nazirliyində İri Vergi Ödəyiciləri Departamentinin rəisi işlədiyi müddətdə əslində Fazil Məmmədovun “qara kassası” olub.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq...

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26