Interposta.Info

11 ilin bitib-tükənməyən Lütvəli Babayev bəlası! – Zərdab sakinləri…+ FOTO

Manşet / Paradoks / Ölkə
 26-05-2018, 00:39     10 752

Zərdab rayonunda 11 ilin bitib-tükənməyən Lütvəli Babayev bəlası
Zərdab rayon sakinləri tərəfindən “interposta.info”-a ŞİKAYƏT MƏKTUBU ünvanlayıblar!

Rayon sakinlərinin şikayətin olduğu kimi, təqdim edirik.


Cənab Prezident yeni nazirlərin təyinatına biz Zərdab rayon sakinləri çox sevindik.Çünki həmin gənc nazirlər, komitə sədrləri qısa müddətdə öz sahələrində ciddi dönüşlər ediblər.Həmin gənc kadrlar prezidenti, dövləti və xalqı sevirlər. İnanırıq ki, Siz bu kadr islahatları çərçivəsində 11 ildir ki, Zərdab rayonunu viran qoyan, zərdablılara zülm yaşadan Lütvəli Babayevi gənc bir kadrla əvəz edəcəksiniz.Cənab Prezident inanın ki, bərbad günə düşməsinə görə Zərdab rayonu qonşu rayaonlardan çox-çox fərqlənir.Rayonun mərkəzi küçələri bərbad gündədir, zibillliklər antisanitariya baş alıb gedir.Rayonda heç bir quruculuq-abadlıq işləri aparılmır.Lütvəli Babayev büdcə təşkilatlarında işləyən işçilərin maaşlarından hər ay 23-30 manat pul tutulması üçün direktor və müdirlərə xüsusi göstəriş verib.Rayonda adi bir işin görülməsi üçün büdcə təşkilatının işçilərinin maaşlarından pul tutulur.Sahibkarlara aylıq haqq kəsilib.Heç bir ağac əkilmədən yaşıllaşdərma adı ilə küllü miqdarda pullar Lütvəli Bbayev tərəfindən mənimsənilir.Lütvəli Babayev həm savadsızlığına, həm iş bacarığının olmamasına görə ən əsası isə sakinlərin nifrətin qazandığına görə Zərdab rayon saknləri onun tutduğu vəzifədən nə vaxt kənarlaşdırılacağını səbirsizliklə gözləyirlər!
Psixoloji problemi olan Lütvəli Babayev həttda məclislərdə deyir ki, "mən nə vaxt özüm istəsəm onda vəzifədən gedəcəm çünki Zərdabı mənə veriblər". İndidə barama planının doldurulması üçün saxtakarlığa start verib!
Büdcə təşkilatlarının işçilərinin maaşlarından pul tutulmağına göstəriş verib. Həmin pulla Şəki barama qəbulu məntəqəsindən barama planının verməsinə dair sənəd alacaq.
Biz Zərdablılar mətbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevdən xahiş edirik 11 ildir ki, Zərdab rayonunu viran gününə qoyan, zərdablılara zülm yaşadan, psicxoloji problemi olan, savadı təcrübəsi qətiyyən olmayan Lütvəli Bbayevi gənc, işgüzar və savadlı kadrla əvəz edəsiniz.

interposta.info


11 ilin bitib-tükənməyən Lütvəli Babayev bəlası! – Zərdab sakinləri…+ FOTO
11 ilin bitib-tükənməyən Lütvəli Babayev bəlası! – Zərdab sakinləri…+ FOTO

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26