Interposta.Info

Anar Məmmədovun Hadisəyə bağışladığı plyaj dağıdıldı – qanunsuz imiş

Manşet / Ölkə
 15-05-2018, 08:44     10 572

Sabiq nazirin oğlunun türk müğənniyə ərməğan etdiyi çimərliyin sənədləri qaydasında deyilmiş...
Keçmiş nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun məşhur türkiyəli müğənni Hadisə üçün aldığı çimərlik ərazisindəki tikililər darmadağın olunub. Hadisə Türkiyənin Bodrum şəhərində qeydə alınıb. Müğənni Hadisəyə aid “La Plaj” məhkəmə qərarı ilə dağıdılıb. Səbəb isə çimərlik ərazisində tikililərin qanunsuz inşası olub. Belə ki, məhkəmənin verdiyi müddətdə əraziyə aid sənədləri təqdim edə bilməyən Hadisənin “La Plaj”ı dağıdılıb. Türk mediasının yazdığına görə, hadisənin “La Plaj”ı müğənni həmkarı Hande Yenerin Bodrumdakı obyekti ilə rəqabətdə imiş. Bu olayın ardından jurnalistlərə açıqlama verən H.Yener ironiya ilə bildirib ki, oraların sahibi odur: “Başqaları obyekt açıb bilirsiniz. Amma buraların sahibi mənəm”.

interposta.info xəbər verir ki, AzEuroNews.com əldə etdiyi özəl məlumatda deyilir ki, “La Plaj” 2016-cı ildə tikilib. Obyektin ilk sahibi Azərbaycanın keçmiş nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədov olub. O, bu obyekti Hadisə Azərbaycana gələndə ona hədiyyə edib. O vaxt obyektin sənədləşməsi tam başa çatmayıbmış. 2017-ci ildə Bodrum şəhər bələdiyyəsi ictimai yerə aid ərazinin zəbt edilməsi iddiası ilə məhkəməyə müraciət edib. Məhkəmə prosesi zamanı müğənni Hadisədən obyektin sənədlərini təqdim etməsi tələb olunub. İş adamı Anar Məmmədovdan “La Plaj”ın sənədlərini ala bilməyən Hadisə son məhkəmə prosesində şokla üzləşib. Bodrum şəhər məhkəməsi obyektin qanunsuz olması səbəbi ilə dağıdılması barədə qərar çıxarıb.

Əldə etdiyimiz məlumata görə, ümumiyyətlə, “La Plaj”ın tikildiyi gündən sənədləri qaydasında olmayıb. Anar Məmmədova bu obyekti türkiyəli dostu satıb. Eks-nazir oğlunun Bodrumdakı obyekti isə təkcə “La Plaj” deyil. Onun burada 5 ulduzlu bir neçə hotelinin olduğu deyilir.

Anar Məmmədovun Hadisəyə bağışladığı plyaj dağıdıldı – qanunsuz imiş

Yada salaq ki, “Eurovision” mahnı müsabiqəsində 4-cü yeri tutan türkiyəli müğənni Hadisə Açıqgözlə Anar Məmmədovun işgüzar münasibətləri 2009-cu ilə söykənir. Hələ o dövrdə Türkiyə mətbuatı azərbaycanlı nazir övladlarından birinin Hadisəyə onunla “baş-başa görüşmək” təklifi etdiyini yazmışdı. Türkiyə mediası bunu “əxlaqsız təklif” kimi qiymətləndirmişdi. Məlumata görə, Hadisə bundan qəzəblənib və Bakıda olarkən hoteldən bayıra çıxmayıb. Xəbərdə bildirilirdi ki, nazir oğlu ona “Bakıya konsert verməyə deyil, mənimlə baş-başa yemək yemək üçün gəldin.

Anar Məmmədovun Hadisəyə bağışladığı plyaj dağıdıldı – qanunsuz imiş

Səni gözləyirəm” - deyə mesaj göndərib. Buna etiraz edən Hadisəyə növbəti dəfə “İstəyirsə ansamblla birlikdə gəlsin, amma Hadisə mənim yanımda oturacaq” mesajı göndərilib. Bu təklif də keçərli olmayıb. O dövrdə mətbuatda müğənniyə belə bir mesajın sahibinin kimliyi də yazılmışdı, Anar Məmmədovun olduğu bilinmişdi. Xatırladaq ki, Türkiyə mətbuatı Hadisəyə azərbaycanlı nazirlərdən birinin oğlunun “əxlaqsız təkliflər” etməsindən yazıb. www.haber34.net saytında verilən məlumata görə, Hadisənin Bakıdakı konsertdə səhnəyə 2 saat gec çıxmasına həmin nazir oğlunun məlum təklifi səbəb olub.

Anar Məmmədovun Hadisəyə bağışladığı plyaj dağıdıldı – qanunsuz imiş

Qeyd edək ki, Anar Məmmədov Türkiyənin şou-biznesində də yaxşı tanınan simalardandır. Anar Məmmədov Hadisəyə çimərlik ərazisi bağışladığı illərdə İbrahim Tatlısəsin Türkiyə telekanallarından birində fələstinli uşaqlar üçün həyata keçirdiyi xeyriyyə marafonuna telefonla qoşularaq 50 min lirə ayırdığını bəyan etmişdi. Səsini eşidən kimi İbrahim Tatlısəs kimi məşhur müğənni də onu tanıya bilmişdi.

interposta.info

Anar Məmmədovun Hadisəyə bağışladığı plyaj dağıdıldı – qanunsuz imiş

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26