Ramiz Zeynalovun təntənəli çıxışı və yenədə cavabsız qalan suallarımız
Bir neçə gün öncə, Bakı şəhər DYP əməkdaşlarının Malik İbrahimovun göstərişi əsasında bahalı avtomobilləri cərimə siqnal meydançalarına doldurulması və bu avtomobillərin 8 gündən çox saxlanılması ilə bağlı Bakunews.az saytında məqalə dərc edilmişdi. “Bakı şəhər Dövlət Yol Polis İdarəsinin “Gelandewagen” ovu – Bahalı avtomobillər niyə cərimə meydançalarına yığılır?” yazının dərc edilməsindən qısa müddət sonra, Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalov BŞDYP-nin akt zalında həbs edilmiş avtomobilərin sahiblərinin qarşısında çıxış etmişdir. Məqsədin isə mahiyyəti sürücüləri tərbiyələndirmək olduğu amma bu çıxışda məhz saytımızın adının çəkilərək hansı sürücünün bizə müraciət etməsi sualıda R.Zeynalov tərəfindən verilməsinə baxmayaraq vətəndaşlara hansı səbəbdən avtomobillərinə həbs qoyulması barədə heç bir məlumat verilməyib. Məsələnin bu qədər ciddi olduğu halda polis general-mayoru Ramiz Zeynalov zavod istehsalı olan avtomobilin səbəbsiz yerə 8 gün saxlanılmasına aydınlıq vermək əvəzinə şikayətçinin kimliyi ilə maraqlanmağa üstünlük verməsi olduqca pis qarşılanıb.
Daxili İşlər Naziri cənab Ramil Usubovun apardığı islahatlar və vətəndaşın polisinə güvənməsi yönündə atdığı addımlara qarşı, qəbul edilən qərarlara biganə yanaşılmasının əsil səbəbləri açıqlanmayıb. Heç kəsə sirr deyil ki, Azərbaycanda fəaliyyət göstərən DYP, PPX daxil olmaqla DİN-nə məxsus olan qurumlar məhz Ramil Usubovun əmrini sorğusuz sualsız icra etmək məhsuliyyəti daşımaqdadırlar. Bu belə olduğu halda Bakı şəhər Dövlət Yol Polis isdarəsinin yüksək rütbəli şəxsinin qanunda nəzərdə tutulan qərarların əksi olaraq şifahi şəkildə verdiyi qərar necə icra edilib. Qanunun yol vermədiyi addımı Malik İbrahimov necə icra etdirə bilib. Bir vətəndaş olaraq bizidə maraqlandıran suallarımız var bu sualların cavabını niyə ala bilmirik görəsən?
R.Zeynalov əslində Malik İbrahimovun qanunsuz verdiyi bu qərarın kimlərin xeyrinə hansı şəxslərin qazanc əldə etdiyinin sorğu sual etməməsi hələdə sürücülərdə narahatçılıq keçirməsinə səbəb olur. Bu halın yenidən təkrar olunmayacağına isə heç bir zəmanət verilməyib.
- Mator gücü 6.3 olan “Gelandewagen” əgər bu avadanlıqlar qadağandırsa, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi bu avtomobilləri necə qeydiyyata alıb?
- Bu avtomobillərə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən şəhadətnamələr qanunsuz olaraq verilib?
- Ümummillikdə BŞDYP idarəsinin atdığı addım BDYP idarəsinin verdiyi qərarların təqzib etmirmi?
Redaksiyadan: Yazıda adı keçən şəxs və qurumların mövqeyin dinləməyə hazırıq.(Bakunews.az)
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26