Interposta.Info

Prezident Aparatı ilə bağlı mühüm dəyişikliklər –

Manşet
 25-04-2017, 20:08     2 323

Prezident İlham Əliyev Milli Məclisə "Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə layihə təqdim edib.

interposta.info BakiPost.az-a istinadən xəbər verir ki, layihədə qeyd olunur ki, sözügedən qanunun 1. 11.1.1.1-ci maddəsində "Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında Administrasiya rəhbərinin vəzifəsi," sözləri "orqanın rəhbərinin vəzifəsi, Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin fəaliyyətini bilavasitə təmin edən struktur bölmənin rəhbərinin vəzifəsi," sözləri ilə, "Azərbaycan Respublikası Dövlət müşavirlərinin" sözləri "Azərbaycan dövlətinin başçısının fəaliyyətini tənzimləyir.


Belə ki, inzibati vəzifələrin ali təsnifatından Azərbaycan dövlətinin başçısının fəaliyyətini bilavasitə təmin edən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında Administrasiya rəhbərinin vəzifəsi çıxarılır və Birinci vitse-prezidentin fəaliyyətini bilavasitə təmin edən struktur bölmənin rəhbərinin vəzifəsi ilə əvəzlənir.

Həmçinin Azərbaycan Respublikası Dövlət müşavirlərinin vəzifəsi "Azərbaycan dövlətinin başçısının fəaliyyətini bilavasitə təmin edən orqanda müşavirlər vəzifəsi ilə əvəzlənir.

11.1.2.1-ci maddədə "Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında Administrasiya rəhbərinin müavini," sözləri "orqanın rəhbərinin müavini, Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin fəaliyyətini bilavasitə təmin edən struktur bölmənin rəhbərinin müavini," sözləri ilə, "habelə həmin dövlət orqanlarında bölmə rəhbərlərinin vəzifələri" sözləri "həmin orqanlarda bölmə rəhbərlərinin vəzifələri, habelə Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisinin vəzifəsi" sözləri ilə əvəz edilsin.

Yəni, inzibati vəzifələrin birinci təsnifatında yer alan Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında Administrasiya rəhbərinin müavini vəzifəsi Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin fəaliyyətini bilavasitə təmin edən struktur bölmənin rəhbərinin müavini vəzifəsi ilə əvəzlənir.
Həmin dövlət orqanlarında bölmə rəhbərlərinin vəzifələri isə həmin orqanlarda bölmə rəhbərlərinin vəzifələri, habelə Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisinin vəzifəsi ilə əvəzlənir.

11.1.3.1-ci və 11.1.4.1-ci maddələrdə "Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında" sözləri "orqanda" sözü ilə əvəz edilsin.

Azərbaycan dövlətinin başçısının fəaliyyətini bilavasitə təmin edən Azərbaycan Respublikası Prezidentinin Administrasiyası ləğv olunaraq Azərbaycan dövlətinin başçısının fəaliyyətini bilavasitə təmin edən orqan kimi fəaliyyət göstərəcək.

Milli Məclis "Dövlət qulluğu haqqında” qanuna dəyişiklik edib.

Bu barədə məlumat verən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Musavat.com-a bildirib ki, layihəyə əsasən, idarəetmədə yeni strukturlar, habelə, inzibati və yardımçı vəzifələr yaradılır.

Komitə sədrinin dediyinə görə, inzibati vəzifələr sırasına Azərbaycan dövlətinin başçısının fəaliyyətini bilavasitə təmin edən orqanın rəhbərinin vəzifəsi, Azərbaycanın Birinci vitse-prezidentinin fəaliyyətini bilavasitə təmin edən struktur, bölmənin rəhbərinin vəzifəsi, Azərbaycan dövlətinin başçısının fəaliyyətini bilavasitə təmin edən orqanda müşavirlərin vəzifəsi daxildir. Yardımçı vəzifələr sırasına isə Azərbaycan dövlətinin başçısının fəaliyyətini bilavasitə təmin edən orqanın rəhbərinin müavini, Azərbaycanın Birinci vitse-prezidentinin fəaliyyətini bilavasitə təmin edən struktur bölmənin rəhbərinin müavini, habelə Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisinin vəzifəsi daxildir. Ə.Hüseynli ölkə prezidentinin sərəncamı ilə Mehriban xanım Əliyevanın ölkənin Birinci vitse-prezident təyin olunduğunu xatırladıb və qanun layihəsinin Milli Məclisə prezident İlham Əliyevin qanunvericilik təşəbbüsü ilə daxil olduğunu qeyd edib. Komitə sədrinin sözlərinə görə, təklif Azərbaycan Konstitusiyasına 2016-cı il sentyabrın 26-da keçirilmiş ümumxalq səsverməsində qəbul edilmiş dəyişikliklərə uyğun olaraq, yeni yaradılmış Birinci vitse-prezidentin xidmətində olan dövlət qulluqçularının statusunu, təminatını və dövlət orqanındakı təsnifatını müəyyən etmək üçün verilib.

Ə.Hüseynli millət vəkillərindən məsələyə səs verməyi xahiş etdikdən sonra dəyişikliklər yekdilliklə qəbul olunub.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26