Interposta.Info

Elmar Vəliyevə 120000 manatlıq İTTİHAM –

Manşet / Paradoks
 24-04-2017, 21:25     14 457

Gəncə şəhər Vəli Xuduflu küçəsi bina 10 da yaşayan bir qrup sakin "interposta.info"–a müraciət edərək bildirirlər ki, binanın yaxınlığında 1957 –ci ildən öz hesablarına əkilib becərilmiş və uşaqların istirahət yeri olan kiçik ərazi Gəncə şəhər icra başçısı Elmar Vəliyevin səlahiyyətli nümayəndəsi Məharət müəllimin rəhbərliyi altında məhv edilir.
Şikayətçilərin sözlərinə görə adı çəkilən ərazidəki ağacların becərilərək bu günə qədər qorunmasında onları valideyinlərinin də böyük zəhmətləri olmuşdur.

Sakinlər bildirirlər ki, Elmar Vəliyevin tapşırığına əsasən onun səlahiyyətli nümayəndəsi Məharət müəllim şəxsən ərazinin dağıdılmasına və ağacların kəsilərək ərazidən yığışdırılmasına nəzarət etmişdir. Vətəndaşlar bildirirlər ki, istirahət üçün nəzərdə tutulmuş ərazi Gəncə şəhər icra hakimiyyəti tərəfindən satışa çıxarılmışdır.
Ümumilikdə 40 sot olan ərazinin bir sotu 3000 manata Gəncə şəhər icra hakimiyyəti tərəfindən satışa çıxarılmışdır.
Gəncə şəhər icra hakimiyyətindən vətəndaşlara bildirilib ki, hər sotuna 3000 manat ödəsələr həmin ərazini onların özlərinə satarlar. Şikayətçilər bildirirlər ki, ərazini almaq üçün tələb olunan 120000 manat məbləğ onlarda olmadığı üçün həmin ərazi onların əlindən alınır.

Şikayətçilər onu da qeyd edirlər ki, hal hazırda satışa çıxarılmış ərazidən istifadəyə görə hər il dövlət vergisi ödəyiblər. Yuxarıda qeyd olunan ünvanda yaşayan sakinlərin və uşaqların istirahəti üçün başqa yer olmadığını bildirən sakinlər bu ərazidəki ağacların kəsilməsi və dağıdılması uşaqların təmiz havadan məhrum olunması deməkdir.

interposta.info-a şikayətçilər tərəfindən göndərilmiş foto görüntüləri təqdim edirik:

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26