Interposta.Info

Nizaməddin Quliyevdən qeyri neft sektorunun inkişafına ağır zərbə - FOTO + VİDEO FAKT

Manşet / Paradoks
 17-04-2017, 08:50     12 603

Goranboy rayon Rus-Borisində yaşayan Kəlbəcər rayon Zəylik kənd sakini Zeynalov Əmrah Həmid oğlu saytımızın rəsmi əlaqə telefonuna zəng edərək problemləri haqqında məlumat verdi.
interposta.info-a sahibkarlıqla məşğul olmaq istəyən məcburi köçkün bildirir ki, Goranboy rayon İcra Hakimiyyətinin Başçısı Nizaməddin Quliyev müxtəlif vasitələrlə ona təzyiq göstərərək onun sahibkarlıq fəaliyyətinə bürokratik əngəl yaradır.

Bu fikirləri bildirən şikayətçi onu da qeyd edir bütün tələb olunan sənədləşmə işləri qaydasında olmasına və bütün ödənişləri edilməsinə baxmayaraq icra Başçısı Nizaməddin Quliyev və onun işçiləri özləri tərəfindən hazırlanmış və imzalanmış sənədə peçat vurmaqdan imtina edirlər. Şikayətçi bildirir ki, külli miqdarda vəsait xərcləyərək tikdiyi kompleksin fəaliyyət göstərməsi üçün Azərbaycan Respublikası Prezidenti yanında Sahibkarlığa Kömək Milli Fondundan dəstək alması üçün onun sənədinə icra başçısının peçatı vurulmalıdır. Şikayətçi bildirir ki, peçatın vurulmasından Prezidentin dediyi kimi xalqın qulluqçusu olan Nizaməddin Quliyev imtina edir.
Cənab Prezitentin sahibkarlığın inkişafına xüsusi diqqət yetirməsi və bununla bağlı ölkədə ciddi tətdbirlərin görüldüyü bir vaxtda Nizaməddin Quliyevin sahibkara qarşı bu cür bürokratik əngəl yaratması həm cənab Prezidentin tapşırığına qarşı gəlmək, həm də ölkə iqtisadiyyatına zərbədir!
Nizaməddin Quliyevdən qeyri neft sektorunun inkişafına ağır zərbə - FOTO + VİDEO FAKT

Zeynalov Əmrah Həmid oğlu şikayəti ilə bağlı video çəkilişi interposta.info saytının ünvanına göndərmişdir və onun şikayətini olduğu kimi təqdim edirik:


Nizaməddin Quliyevdən qeyri neft sektorunun inkişafına ağır zərbə - FOTO + VİDEO FAKT
Nizaməddin Quliyevdən qeyri neft sektorunun inkişafına ağır zərbə - FOTO + VİDEO FAKTNizaməddin Quliyevdən qeyri neft sektorunun inkişafına ağır zərbə - FOTO + VİDEO FAKT

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26