Interposta.Info

Azərbaycan Prezidenti İlham Əliyev Cənablarına SAHİBKARDAN ŞİKAYƏT!

Manşet / Ölkə
 10-04-2017, 21:01     2 220

Hörmətli ILHAM ƏLİYEV cənabları,bu zülmə dözərək hələ də yaşamına davam edə bilən ilk Azərbaycan sahibkarlarından olan NİYAZOV NİYAZ NOVRUZ oğludur.
Azərbaycan Prezidenti İlham Əliyev  Cənablarına SAHİBKARDAN ŞİKAYƏT!


Mən,1992-ci ilin dekabr ayında "Gül.-Gün." sahibkar müəssisəsini Azərbaycan Ədliyyə Nazirliyində qeydiyyatdan keçirdim. 1993-cü ildə sahibkar müəssisəmin obyektlərinin ilklərini tikdirməkdən ötrü 1.5 ha torpaq sahəsi götürdüm. Həmin illərdə 1.5 ha əraziyə aid Xanlar rayon Vergi İdarəsində yazılmış qaimə əsasında dövlətə torpaq vergisini də ödəyirdim. 1993-1994-cü illərdə obyektlərin tikintilərinin xeyli hissəsini həyata keçirə bildim. Xanlar Rayon İcra Hakimiyyəti, Torpaq şöbəsinin müdiri ELMAN MƏMMƏDOV obyektlərin tikintisi üçün "Gül.-Gün." sahibkar müəssisəmə ayrılmış torpaq ərazisinə aid DÖVLƏT AKTInı mənə təqdim etdi. Həmin torpaq sahəsi elə həmin andan etibarən mənim şəxsi mülkiyyətimə çevrildi.
01.03.1995-ci il tarixində mən avtomobil qəzasına uğradım. Həm də tikintini davam etdirməkdən ötrü dostlardan-Rusiyadan maddi vəsait gözləyirdim. elə bu zamanlarda dövlət sifarişilə Gəncə aerovağzal kompleksinin tamamilə yenidən tikilməsi məsələsi gündəmə gətirildi.
Sizə məlum etmək istəyirəm ki, sahibkar müəssisəmin tikililərinin Gəncə aerovağzalının lap yaxınlığında yerləşməsinin icazəsini Hava Limanının o zamanki direktoru QASIMOV Firuddindən almışdım. Bu barədə Gəncə Hava Limanının o zamanki direktoru direktoru Qasımov Firuddinin şəxsi imzasilə Ədliyyə Naziri İLYAS İSMAYILOVun adına məktub yazılmışdı. "Gül.-Gün." sahibkar müəssisəsinin Gəncə Hava Limanının lap yaxınında yerləşdirilməsində məqsəd Hava Limanı işçilərinə güzəştli xidmət etmək idi. Bu barədə mən Gəncə Hava Limanının direktoru ilə tikintilər tamamilə bitənə kimi müvəqqəti olaraq şifahi razılığa gəlmişdim. Obyektlərin tikintisi tam başa çatdıqdan sonra həmin razılıq yazılı surətdə həll olunacaqdı. Hava Limanının o zamankı direktorunun imzası ilə yazılmış məktub hal-hazırda məndədir. Gəncə aerovağzal kompleksinin yenidən qurulması zamanı "Gül.-Gün." sahibkar müəssisəmin tikililərinin məcburi sökdürülməsi məsələsini Azərbaycan Hava Yolları,QSC-nin Prezidenti Cahangir Əsgərovun tapşırığı ilə Gəncə aeroportunun direktoru Nəcəfov Bəylər tələb etdi. Qanuna görə isə bu iş başqa cür həll olunmalıydı. Həmin torpaq sahəsini Xanlar Rayon İcra Hakimiyyətinin Başçısı Hacıyev Vilyam Faxralı oğlu öz sərncamı ilə əvvəlcədən razılaşdırdıqdan sonra məndən geri almalı və onun əvəzində isə Rayonun məni qane edən başqa ərazisində 1.5 ha torpaq ərazisini obyektlərimin tikintisi üçün öz sərəncamı ilə ayırıb mənə təqdim etməli idi. Faktiki olaraq həmin bu yazdıqlarım qanunauyğun olmayan formada -şifahi həll olundu. Xanlar Rayon İcra Hakimiyyətinin Başçısı və Azərbaycan Hava Yollarının Prezidenti məni heç vecinə almadılar. Daha doğrusu obyektimin dağıdılması məsələsi zorakılıqla həll olundu.
Bütün bunlara baxmayaraq,mən dövlətdən KOMPENSASİYA almağım üçün sənədlərimi hazırlayıb aidiyyəti qurumlara müraciəm etmək istədim. Gəncə aeroportunun direktoru Nəcəfov Bəylərə söylədim ki, mən bu barədə Cahangir Əsgərovla görüşməliyəm. Bir neçə gündən sonra mənə Cahangir müəllim deyir ki, zir-zibilini təcili oradan yığışdırsın,yoxsa bulduzerin ağzına verəcəyik və heç bir KOMPENSASİYAdan söhbət gedə bilməz,-cavabını verdi.
Hörmətli ILHAM ƏLİYEV cənabları,siz özünüz demişsiniz :
Azərbaycan Prezidenti İlham Əliyev  Cənablarına SAHİBKARDAN ŞİKAYƏT!



Ancaq buna baxmayaraq gördüyünüz kimi YÜKSƏKRÜTBƏLİ DÖVLƏT MƏMURLARI sizin göstərişinizə əməl etmirlər.
Hörmətli ILHAM ƏLİYEV cənabları, vəziyyətin belə olduğunu görüb mən sizə poçt vasitəsilə ŞİKAYƏT məktubu yolladım. Həmin məktubuma ədalətli-müsbət cavabı Prezident Aparatından gözlədiyim halda,RƏDD cavabını Azərbaycan Hava Yolları,QSC-nin Prezidenti Cahangir Əsgərovdan aldım. Cahangir Əsgərov mənə RƏDD cavabını Xanlar rayonunun o zamanki İcra Hakimiyyətinin Başçısı VİLYAM HACIYEVin YALAN-SAXTA MƏZMUNLU MƏKTUBunu əlində əsas tutaraq yazmışdı. Beləliklə, "Gül.-Gün." sahibkar müəssisəsinin fəaliyyəti deaktivləşməli oldu. Sahibkarı Niyazov Niyaz Novruz oğlu isə müflisləşdi.
Bu işdə birbaşa günahkar DÖVLƏT MƏMURLARI Hacıyev Vilyam və Cahangir Əsgərovdur:
Azərbaycan Prezidenti İlham Əliyev  Cənablarına SAHİBKARDAN ŞİKAYƏT!




Hörmətli ILHAM ƏLİYEV cənabları, "DÖVLƏT MƏMURLARI"nın günahları ucbatından mənim ailəm uzun illərdir ki, yoxsulluq içində yaşayır. Bir tikə çörək almağa pul tapmırıq. Borc almağa yer də yoxdur. Daha doğrusu borc verən yoxdur. Mən ailəmi yaşada bilmirəm. Mənim hal-hazırki maaşımın 70 manatını vergiyə çıxırlar. Maaşımın yerdə qalan 50 %-i isə sələm və borclara ödənilir. Hər ay ailəmin yaşayışı üçün 60 manat pul qalır. Elə bu hala görə də mən yemək üçün yenidən borca müraciət edəsi oluram. Bu işlərin hamısı yuxarıda göstərdiklərimə görə baş verib. Cənab Prezident,"Azərbaycanın YÜKSƏKRÜTBƏLİ DÖVLƏT MƏMURLARI" tərəfindən başıma gətirilən bu müflisləşmə nəticəsində ailə üzvlərimin
3-ünü vaxtında müalicə etdirə bilmədiyimdən zamanından tez itirmişəm:
1. Ailə üzvlərim xroniki xəstəliyə düçar olublar və belə xəstəliklərin isə tamamilə müalicə oluna bilməsinin qeyri-mümkünlüyü bütün insanlara məlumdur.
2.Qızımın gözləri uzaqgörmə zəifliyindən müalicə və əməliyyat olunmalı idi. Pulsuzluqdan vaxtında müalicə və əməliyyat olunmadı deyə gözləri daha çox zəifləyib.
3.2000-ci ilin dekabr ayında atam dünyasını dəyişdi. Pulsuzluqdan ürəyini vaxtında müalicə etdirə bilmədim və vəfat etdi.
4.2008-ci ildə pulsuzluqdan vaxtında müalicə etdirə bilmədiyimdən,böyrək əməliyyatını gərəkli anında həyata keçirmək qeyri-mümkün olduğundan anam dünyasını dəyişdi.
5.2010-cu ildə qızım beyqəfildən xəstəlik tapdı və pulsuzluqdan mən ona heç bir kömək edə bilmədim. Onu təcili olaraq xəstəxanada əməlli-başlı müalicə etdirmək lazım oldu. Əfsuslar olsun ki, maddi vəsait olmadığından 30 yaşında qızımı da itirdim.
6.Həyat yoldaşımı müalicə etdirməkdən ötrü 2015-ci ildə məcbur olub Atabankdan 1500 ABŞ dolları məbləğində kredir götürməli oldum. Bu da pulsuzluqdan baş verdi. Bir müddət sonra pul devalvasiyaya uğradı. Belə kritik vəziyyətdə yaşamağıma baxmayaraq ATA bankın pulunu birtəhər ödəyə bildim. Atabankın borcunu ödəməkdən ötrü yenidən sələm və borca müraciət etməli oldum.

Hörmətli ILHAM ƏLİYEV cənabları,başıma gələnlərin hamısını sizə yazmaqda bir məqsədim var. Sadəcə olaraq "Gül.-Gün." sahibkar müəssisəmə aid olan KOMPENSASİYAnı TƏCİLİ olaraq dövlətdən almaq və dərhal sahibkar müəssisəmin obyektlərinin tikintilərinə start vermək istəyirəm.
Cənab Prezident, bu işi həll etməkdə ümidim yalnız sizədir!
Hörmətli ILHAM ƏLİYEV cənabları, ailəm ac qalmasın deyə mənim bu işimin TƏCİLİ həll olunması üçün aidiyyəti rəhbərlərə öz göstərişinizi əsirgəməyin! Bir də AZAL QSC-nin rəhbərliyinə tapşırsaydınız,məni hələlik pulumu dövlətdən alana kimi yüksək maaşlı vəzifəyə təyin edərdi. Cənab Prezident,Gəncə Hava Limanında hal-hazırda yüksək maaşlı vəzifədə çalışanlardan həmin vəzifələri qat-qat yüksək səviyyədə yerinə yetirmək qabiliyyətinə malikəm! Buna görə həm savadım,həm də rəhbərlik qabiliyyətim vardır!

Hörmətli Azərbaycan Prezidenti ILHAM ƏLİYEV cənabları,siz konfransda dediniz: Əlbəttə ki,bütün bu işlərin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Mən sizinlə tam razı və sizə həqiqətən də inanıram. Inanıram ki, siz dediyiniz kimi də düşünürsünüz. Sizdən heç bir narazılığımız yoxdur. Ancaq əfsuslar olsun ki, ətrafınızdakı yüksək vəzifələrə təyin olunmuş "DÖVLƏT MƏMURLARI" həmin vətəndaşların qanını içirlər. Dövlət məmurlarının günahı ucbatından MƏN və ailəm uzun illərdir ki, ACLIQ İÇİNDƏ yaşamımıza zor-bəla ilə davam edirik. Cənab Prezident, mən daha borc pul da tapa bilmirəm. Ailəm ACLIQ İÇİNDƏ boğulur. Evimizdə qaz, işıq,yemək deyilən şey yoxdur. Gecələr üst PALTARında yatırıq. Belə yaşama davam edə bimirik. Siz bizə kömək etməsəniz, sonu mütləq intiharla nəticələnəcəkdir! Axı,belə olmaz! Biz də Azərbaycan vətəndaşıyıq!. Bizim ailənin bu dərdi heç kimi maraqlandırmır, düşündürmür. Indi də mənim "Gül.-Gün." sahibkar müəssisəmin o zaman verilən sənədlərinin (GUYA hələ o vaxt) LƏĞV olunması işinə START veriblər. Göygöl(Xanlar)Rayon Icra HakimiyyətiNİN bAŞÇISI SEYİDOV ARİF Iqtisadiyyat Nazirliyinin Gəncə-Qazax bölməsinə yazıb yollayıb ki, GUYA hələ o zaman mənə verilən SƏRƏNCAMlar və DÖVLƏT AKTI ləğv edilibmiş. Belə qanun harada var? Bunların hamısı AĞ YALANdır. SEYİDOV ARİF də keçmişdə törədilmiş saxtakarlığı təkrarlamışdır.
Əfsuslar olsun ki,bu doğrudan da belədir. İcra Hakimiyyətinin Başçıları ALLAHdan da qorxmurlar.
Azərbaycan Prezidenti İlham Əliyev  Cənablarına SAHİBKARDAN ŞİKAYƏT!





Sənəd elə-belə LƏĞV oluna bilməz! Bu sizə də məlumdur ki,CİDDİ bir səbəb olmadan SƏRƏNCAMlar və DÖVLƏT AKTI LƏĞB olunA bilməz! Həmin ciddi səbəb də yox idi. Göygöl Rayon Icra Hakimiyyətinin Iqtisadiyyat Nazirliyinin Gəncə-Qazax bölməsinin rəisi ARZU müəllimə yazıb yolladıqlarının hamısı YALANdır! Sənədlərin hamısının doğrudan da yalan olmasını ƏDALƏTLİ SÜBUTA yetirmək üçün bu işi DTX-nə tapşırın. Mən anlayıram ki, bir sahibkarın taleyilə oynayan sənədlərin yoxlanması Dövlət Təhlükəsizlik xidmətinin işi deyil. Onların daha vacib işləri vardır. Bununla bərabər mən onu da anlayıram ki, bu dövlət xalqındır.Bu dövlətdə olan strukturların hamısı xalqa xidmət göstərməlidirlər! Mən və ailəm də bu xalqın nümayəndələriyik! Cənab Prezident, Xanlar RİHB-nın o zamankı sərəncamı, Xanlar Rayon XDS-nin o zamankı qərarı və DÖVLƏT AKTI ləğv olunsaydı belə mənə mütləq xəbərdarlıq etməliydilər ki, tikinti aparılmasın. Dövlət orqanları da belə olan halda tikintini hələ o zaman dayandırmalıydılar. Göygöl Rayon Icra hakimiyyəti saxtakarlıqlar içində boğulur. Göygöl Rayon İcra Hakimiyyətinin Başçısı Seyidov Arif o zamanlar mən TORPAQ VERGİ ödəyəndə Xanlar Rayon VERGİ İDARƏSİnin rəisi idi. TORPAQ VEGİSİ ödəməyim barədə qəbzləri onun kontorunda yazırdılar. "Gül.-Gün." sahibkar müəssisəsinin dövlətdən KOMPENSİYASInı almağın həlli yolu yalnız və yalnız sizin aidiyyəti rəhbərlərə göstərişinizdən keçir. Cənab Prezident,mənim müəssisəm yuxarıda qeyd etdiyim kimi Ədliyyə Nazirliyində qeydiyyatdan keçib. Bütün sənədlərim də qanunidir. Müəssisəmin tikintiləri üçün götürdüyüm ərazinin TORPAQ VERGİSİNİ hər il ödəmişəm. ÖDƏNİŞ QƏBZLƏRİnin hamısı məndədir. Kopiyalarını da bütün sənədlərimin kopiyalarilə birgə sizə yollayıram.
Hörmətli ILHAM ƏLİYEV cənabları,mənə maneçilik törədən "DÖVLƏT MƏMURLARI" hələ də həmin vəzifələrdədirlər deyə mənə indi də maneçilik törədə bilirlər. Göygöl(Xanlar) Rayon İcra Hakimiyyətində saxtakarlıqlar davam edir. Bu barədə yuxarıda qeyd etmişəm. Mən yalnız və yalnız sizdən kömək ala bilərəm.
Hörmətli Prezident,mənim və ailəmin ACLIQdan qurtarması üçün bu məsələ müsbət-ədalətli həll olunmalıdır!

Cənab Prezident,mənim məktublarıma ədalətli və demək olar ki,tamamilə cavab gəlmədiyindən şübhə edirəm ki, PA-nın Sənədlərlə və Vətəndaşların Müraciətlərilə iş şöbəsinin müdiri Süleyman İsmayılov və işçiləri yolladığım məktubları sizə çatdırmırlar. Belə olan halda Sizin,mənim və ALLAHın yanında onlar da günahkardırlar.
Azərbaycan Prezidenti İlham Əliyev  Cənablarına SAHİBKARDAN ŞİKAYƏT!





Hörmətli ILHAM ƏLİYEV cənabları,mən sizə inanıram!
Bu məsələnin həll olunmasına müəyyən bir vaxt keçəcəkdir. Həmin zamana kimi AZAL Prezidentinin məni yüksək maaşlı bir vəzifəyə təyin etməsi üçün öz göstərişinizi əsirgəməməyinizi rica edirəm. Özüm və ailəm adına sizə əvvəlcədən dərin minnətdarlığımı bildirmək istəyirəm.
Sizdən müsbət-ədalətli bir cavab alacağıma ümid edirəm.
Azərbaycan Prezidenti İlham Əliyev  Cənablarına SAHİBKARDAN ŞİKAYƏT!


Hörmətlə: "Gül.-Gün." sahibkar müəssisəsinin SAHİBKARI-Niyazov Niyaz Novruz oğlu

interposta.info
Azərbaycan Prezidenti İlham Əliyev  Cənablarına SAHİBKARDAN ŞİKAYƏT!
Azərbaycan Prezidenti İlham Əliyev  Cənablarına SAHİBKARDAN ŞİKAYƏT!
Azərbaycan Prezidenti İlham Əliyev  Cənablarına SAHİBKARDAN ŞİKAYƏT!
Azərbaycan Prezidenti İlham Əliyev  Cənablarına SAHİBKARDAN ŞİKAYƏT!
Azərbaycan Prezidenti İlham Əliyev  Cənablarına SAHİBKARDAN ŞİKAYƏT!
Azərbaycan Prezidenti İlham Əliyev  Cənablarına SAHİBKARDAN ŞİKAYƏT!
Azərbaycan Prezidenti İlham Əliyev  Cənablarına SAHİBKARDAN ŞİKAYƏT!

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26