Interposta.Info

Öndərimizin adına olan küçənin

Manşet / Ölkə
 6-03-2017, 18:29     629

Öndərimizin adına olan küçənin

Tovuz rayonunda bəzi küçələrdə yolların bərbad olması barədə məlumat vermişdik.Sakinlər söhbətimizdə bu vəziyyətin illərlə belə davam etdiyini bildiriblər. Aidiyyatı quruma da dəfələrlə müraciət olunsa da, mənzərə dəyişmir.

Məhəmməd Əmin Rəsulzadənin anım günü olduğundan görkəmli şəxsiyyətin adını daşıyan küçənin görünüşü diqqətimizdən yayınmadı.

Musavat.com-un verdiyi xəbərə görə, problem burada da eynidir.

İş o yerə çatıb ki, sakinlər bu durumla barışmalı olublar. Rayonun Eldəniz Quliyev və Məşədi Əzizbəyov küçələrində də vəziyyət eynidir.Tovuz rayon icra hakimiyyətindən isə musavat.com-a bildirilib ki, su, kanalizasiya xəttləri çəkilən zaman həmin küçələrdə belə vəziyyət yaranıb. Rayon icra nümayəndəsi Yaşar İbrahimov deyib ki, ilin sonuna qədər həmin ərazilərdə yollar bərpa olunacaq. Xatırladaq ki, Prezident İlham Əliyev fevralın 19-da “Tovuz rayonunun Qovlar-Əyyublu-Alakol-İbrahimhacılı-Yanıqlı-Ağacqala-Qoçdərə-Çobansığnaq-Yoğunbulaq-Sarıtala avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb. 50 min nəfərə yaxın əhalinin yaşadığı 16 yaşayış məntəqəsini birləşdirən yolun tikintisi məqsədi ilə Prezidentin ehtiyat fondundan “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinə ilkin olaraq 4 milyon manat ayrılıb.

interposta.info
Öndərimizin adına olan küçənin Öndərimizin adına olan küçənin
Öndərimizin adına olan küçənin
Öndərimizin adına olan küçənin
Öndərimizin adına olan küçənin
Öndərimizin adına olan küçənin

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26