Interposta.Info

Ziya Məmmədovun “qohumlar imperiyası”na son:

Manşet / Ölkə
 20-02-2017, 10:19     2 195

Ziya Məmmədovun “qohumlar imperiyası”na son:

Sabiq nəqliyyat naziri Ziya Məmmədovun “vurulmasından” sonra gözlər ona yaxınlığı ilə seçilən məmurlara dikilib

Dünənə qədər nazir statusu daşıyan Ziya Məmmədovun nüfuzu hesabına yüksək postlar tutan şəxslər bundan sonra bir-bir istefaya göndərlicək. Çünki, artıq onları qoruyacaq “güclü əl” yoxdur. Ziya Məmmədovun yaxın adamlarından biri də qudası, kənd təsərrüfatı naziri Heydər Əsədovdur. Ziya Məmmədovdan sonra Heydər Əsədovun aqibəti necə olacaq? O, tutduğu nazir postunda qala biləcəkmi?

Kənd Təsərrüfatı Nazirliyinin fəaliyyəti də qənaətbəxş hesab olunmur. Belə ki, post-neft dövründə bütün sahələrdə olduğu kimi, kənd təsərrüfatında da ciddi problemlərin olduğu üzə çıxdı. Aqrar sektor acınacaqlı vəziyyətdədir və bununla bağlı Heydər Əsədova xəbərdarlıq olunub. Məlumata görə hələ ötən ildən kənd təsərrüfatının inkişaf etdirilməsilə bağlı Heydər Əsədova ciddi tapşırıqlar verilsə də nəticə dəyişməyib. Bütün bunları nəzərə alsaq, yaxın gələcəkdə Heydər Əsədovun istefaya göndərilməsi real görünür. Sabiq kənd təsərrüfatı naziri İsmət Abbasovun yerinə gətirilən Heydər Abbasov nazir olduğu zamandan bu günə qədər heç bir ciddi iş görməyib. Bu da öz sələfinin siyasətini davam etdirməklə özünün gedəcəyinə “yol” göstərmək anlamına gəlir. Ziya Məmmədovun ardınca Heydər Əsədovun da gedəcəyi ehtimalları güclənir. Nazir postundan göndərilməsi ümumilikdə qudaların sahib olduqları gücü tamamilə itirmələri anlamına gəlir. Heydər Əsədovu da qudasının aqibətinin gözləyəcəyi istisna edilmir.

Digər tərəfdən isə bir müddət öncə Kənd Təsərrüfatı Nazirliyinin ləğv olunaraq səlahiyyətlərinin bir hissəsinin Qida Təhlükəsizlik Agentliyinə, bir hissəsinin isə İqtisadiyyat Nazirliyinə veriləcəyi ilə bağlı məsələ gündəmə gəlmişdi. Ehtimal olunur ki, Heydər Əsədov bu yolla vəzifədən uzaqlaşdırılacaq. Əgər Heydər Əsədov yaxın gələcəkdə hər hansı bir “sürpriz”lə gündəmə gəlməsə, elə qudası kimi rəhbəri olduğu nazirliyin ləğv olunması ilə öz postuyla vidalaşacaq. (cebhe.info) https://politika.az/index.php?newsid=28973

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26