Interposta.Info

Prezident “Evrascon”a qəzəblidir:

Manşet / Ölkə
 14-01-2017, 17:22     1 165

Prezident “Evrascon”a qəzəblidir:

“Evrascon» ASC prezidentin qəzəbinə tuş gəlib
Bu barədə Politika.Az-ı məlumatlandıran qaynağın sözlərinə görə, şirkətin limanın tikintisində yol verdiyi nöqsanlar dövlət başçısı tərəfindən narazılıqla qarşılanıb.

Söhbət Bakı Beynəlxalq Dəniz Ticarət Limanının tikintisinin gedişində meydana çıxmış problemlərdən gedir.

Yeni liman kompleksinin quru hissəsində tikinti, malların təchizatı və quraşdırılması üzrə işlər və xidmətlər də “Evrascon” ASC tərəfindən aparılmaqdadır. Amma səhlənkarlıq və mənimsəməyə yol verildiyi göz qabağındadır.

Gəlin ölkə başçısının sitatına diqqət edək:
“Həm bütün infrastruktur, tikinti işləri, o cümlədən avadanlıq, bütün bu tədbirlər dövlət investisiya proqramında nəzərdə tutulur və icra ediləcək. Sadəcə olaraq, bu layihənin podratçıları da öz məsuliyyətini dərk etməlidirlər.

İl ərzində bu məsələ ilə bağlı mənim böyük iradlarım olub, hökumət üzvləri bunu bilir. Bəzi icraçılar bu məsələyə çox laqeyd yanaşmışlar, baxmayaraq ki, dövlət vəsaiti ayrılıb, 2016-cı ildə o vəsaitdən tam istifadə edilməyib.

Bu, dözülməzdir. Ona görə, əgər o məsuliyyəti dərk etmirlərsə, əgər dövlətin verdiyi sifarişi yerinə yetirməyə laqeydlik göstərirlərsə, bundan sonra dövlət sifarişlərindən məhrum ediləcəklər, qoy bunu bilsinlər.

Ona görə, bu ilin payızına qədər Ələt Beynəlxalq Dəniz Limanının birinci mərhələsi bütün avadanlıqlarla, kranlarla təmin edilməlidir, əks halda özlərindən küssünlər”.

Politika.Az xəbər verir ki, prezident həmin şirkətin dövlət sifarişlərindən məhrum olunacağını açıq şəkildə bəyan edib.

Göründüyü kimi, “Evrascon” ASC dövlət rəhbərinin narazı qaldığı şirkətdir və ciddi maxinasiyalar barədə şübhələr var. Bu ASC haqda müxtəlif ittihamlar yer alıb. Gah işçilərin pulunu verməməsi, gah yeyintilər barədə şikayətlər olub.

Bu firma Azərbaycanda nəqliyyat infrastrukturunun tikintisi sahəsində iri layihələrin həyata keçirilməsi ilə məşğul olan “Azərkörpü” ASC-dir, adını dəyişib.

Bildirilir ki, ASC-nin fəaliyyətində ciddi maliyyə pozuntularına yol verilib, milyonlarla vəsait təyinatı üzrə xərclənməyib. Bu ilin əvvəlində “EVRASCON” ASC-nin 232,7 milyon manat kreditor borcu olub.

Bunun 67,5 milyonu banklardan cəlb edilib. Şirkət bir çox layihələri yarımçıq icra edib. Məsələn, prezidentin Gədəbəydə yol-körpü tikintisinə ayırdığı 2 milyon manatın şəffaf xərclənməsinə şübhə var.

Rayonun Çalburun kəndində bir ildir başlanan körpünün inşası müəmmalı səbəblərdən dayanıb. Sakinlərin verdiyi xəbərdə bildirilir ki, artıq 3 aydır iş getmir: “Dövlət büdcəsindən 2 milyon manat ayrılıb. Bu da təzə salınmış yolun yarımçıq qalmış körpüsüdür.

Prezidentin fərmanı ilə ayrılmış iki milyona çəkilən yol eni 6m olmalı idi, amma 2m oldu. Sadəcə, “Evrascon” izahat vermir ki, 2 milyonluq smetası olan iş niyə dayanıb? Görünür ki, ortada ciddi maliyyə yeyintisi var və körpünün tikintisini başa vura bilmirlər”.

Qeyd edək ki, şirkətin baş nazirin müavini Abid Şərifova aid olması haqda iddialar var.

Qarşı tərəfi dinləməyə hazırıq.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26