Interposta.Info

Koronavirus dərmanının 7 ölkədə sınağı başlayıb

Dünya / Müxtəlif / Paradoks
 30-03-2020, 12:15     531

Qlobal təşvişə yol açan koronavirus pandemiyası ilə əlaqədar ümidverici açıqlama “Sanofi” və “Regeneron Pharmaceuticals” dərman şirkətlərindən gəlib.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, iki şirkət “Kevzara” adlı dərmanın 7 ölkədə sınamağa başlandığını açıqlayıb.

Dünyada 700 min civarında insanı ağuşuna alan koronavirusa qarşı dərmanın sınaqları ABŞ, İtaliya, İspaniya, Almaniya, Fransa, Kanada və Rusiyada keçiriləcək.

Şirkətlər təcrübələrin 300 nəfər üzərində aparılacağını bildiriblər. Bundan başqa, dərmanın xüsusilə durumu ağır və kritik xəstələr üzərində sınanacağı vurğulanıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26