Interposta.Info

İran ABŞ ordusunu terror təşkilatı elan etdi - Qərar təsdiqləndi

Dünya / Paradoks
 13-01-2020, 17:10     753

Prezident Həsən Ruhani İran parlamentinin ABŞ ordusunun terror təşkilatı elan edilməsi ilə bağlı qanun layihəsini təsdiq edib.

APA-nın Tehran bürosunun məlumatına görə, qanun layihəsinə əsasən, Pentaqon və ABŞ-ın Mərkəzi Komandanlığına (CENTCOM) bağlı bütün qurumlar və şirkətlər terror təşkilatı, onların ixtiyarında olan bütün qüvvələr isə terrorçu hesab olunurlar.

Qeyd edək ki, qanun layihəsi general Qasım Süleymaninin ABŞ tərəfindən öldürülməsindən sonra yanvarın 7-də parlamentdə qəbul olunub.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26