Interposta.Info

Bakıda tanınmışların evindən oğurluq edənlər həbs olundu

Ölkə
 9-05-2020, 11:44     1 436

Xalq artisti Ramiz Quliyevin bağ evindən oğurluq etməkdə təqsirləndirilən şəxslərin cinayət işi baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilib.
"İnterPosta" axşam.az-a istinadən verdiyi xəbərə görə, iş hakim Elmar Rəhimovun icraatına verilib. İttihama görə, Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə həbs edilən Əliyev Etibar Nazir oğlu və Bayramov Camiddin Ziyəddin oğlu cinayətləri planlaşdıran zaman əsasən imkanlı şəxslərin bağ evini hədəf seçiblər.
Qeyd edək ki, R.Quliyevlə yanaşı akademik Firudin Köçərlinin oğlu Akif Köçərli (BDU-nun dosenti), professor Canbaxış Nəcəfov (ATU-nun "Tibbi biologiya və genetika" kafedrasının müdiri), Zəngilan Rayon İcra Hakimiyyətinin əməkdaşı Əmrah Əliyev də zərərçəkmiş şəxs qismində tanınıblar.
Həbs edilən şəxslər daha çox Xəzər rayonunda yerləşən bağ evlərini talamaqda günahlandırılır. Onlar ümumilikdə 25 epizod üzrə oğurluq etməkdə təqsirli bilinirlər.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26