Interposta.Info

15 yaşlı qızını öldürən ana danışdı-ata isə qızını öldürən arvadına sağ ol dedi -

Ölkə
 12-01-2017, 20:53     936

15 yaşlı qızını öldürən ana danışdı-ata isə qızını öldürən arvadına sağ ol dedi -
Bakıda dəhşətli qətl hadisəsini törətməkdə təqsirləndirilən qadının məhkəməsi keçirilib. O, qızını boğaraq öldürməsinin səbəblərini məhkəmədə danışıb. Qızını zorlandığını görə öldürən ana hadisə zamanı özündə olmadığını deyib.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar Quliyevin sədrliyi ilə 1981-ci il təvəllüdlü Züleyxa Cəfərovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

2001-ci il təvəllüdlü qızı Elsanə Cəfərovanı boğaraq qətlə yetirməkdə təqsirli bilinən Z.Cəfərova qızını öldürməsinin səbəbkarı kimi Fuad Heydərovu göstərib. Məlum olub ki, Fuad Heydərov qətlə yetirilən Elsanənin bibisi oğludur.

Z.Cəfərova deyib ki, Fuad Heydərov qızını yoldan çıxararaq onunla cinsi əlaqədə olub. Bundan xəbər tutan ana işi qaydasına qoyulmasına çalışıb. O, qardaşı Şəhriyar Cəfərova zəng edərək kömək istəyib.

Cəfərovanın dediklərinə görə, 19 yaşlı Fuadın atası Heydər Heydərovla danışıq olub və onlar qızlarını almağı boyunlarını götürüblər. Amma sonradan bu danışıq pozulub. Fuad Heydərovdan polisə şikayət edən Cəfərova evə qayıtdıqdan sonra qızını boğaraq öldürüb.
Züleyxa Cəfərova qeyd edib ki, evdə olarkən qızı sancılandığını bildirib və evə təcili yardım çağırılıb.

“Həkimlər Elsanədən nə olmasını soruşdular. Elsanə bildirdi ki, 2 gün əvvəl hamamda çimərkən yıxılıb və cinsiyyət orqanına nəsə batıb. Xəstəxanaya apardıq. Həkimlərin müdaxiləsindən sonra onun cinsiyyət orqanından boya qabının qapağı çıxdı. Həkimlər dedilər onun qızlıq pərdəsinin tamlığı pozulub. Amma pozulma bu hadisə ilə bağlı yox, əvvəldən baş verib. Bundan sonra şübhələndiyim üçün Elsanədən bu barədə dəfələrlə soruşdum. Amma o, heç kimlə cinsi əlaqədə olmadığını bildirdi. Sonra polisə şikayət etdim. Məlum oldu ki, Fuad Heydərov onu zorlayıb”.

Hadisəni törədən zaman özündə olmadığını deyən Cəfərova özünü təqsirli bildiyini də deyib.

Məhkəmədə zərərçəkmiş kimi mərhumun atası Anar Ağayev tanınıb. O, ifadəsində arvadının qızını öldürməsinə haqq qazandırıb və ona sağ ol da deyib.

Əvvəllər məhkumluq həyatı yaşayan A.Ağayev deyib ki, həbsdən çıxmasına bir ay qalmış bu hadisə baş verib: “Züleyxa çarəsiz qalıb ki, belə bir əməl tutub. Mən ona sağ ol deyirəm. Mənim etməli olduğumu o, edib. Amma mən burada olsa idim, bəlkə də onlar mənim qızımın başına bu oyunu aça bilməyəcəkdilər”.

A.Ağayev qızına təcavüz etməkdə günahlandırdığı Fuad Heydərovun da məhkəməyə gətirilməsinə narazılıq edib. Ancaq hakim bildirib ki, onlara təqdim edilən sənədlərdə Fuad Ağayevin həbsdə olduğu qeyd edilir. Ancaq sonradan aydınlaşdırıldı ki, Fuad Ağayev mərhuma təcavüz etməkdə təqsirli bilinərək həbs edildikdən bir müddət sonra azadlığa buraxılıb.

Məhkəmədə qarşı tərəfi təhdid edən A.Ağayev qızının və arvadının başına gələnlərə görə günahkar olan şəxslərdən qisas alacağını deyib.

Şahid qismində həbs edilən qadının qardaşı Şəhriyar Cəfərov da ifadə verib. O da bacısının dediklərini təsdiqləyib və əlavə edib ki, bacısının belə bir niyyətinin olduğunu bilməyib: “Bacım mən rayonda olanda zəng elədi. Təcili onlara gəlməyimi istədi. Yolda olanda danışanda səsinin pis gəldiyini hiss etdim. Soruşanda qızının başına gələnləri danışdı. Bakıda Fuadın atası Heydərlə görüşdük. Gəncdilər dedik, səhv ediblər. Onlar da bu işi həll etmək üçün qıza sahib çıxacaqlarını dedilər. Amma sonra Heydər fikrini dəyişdi. Dedi ki, şikayət edin, kim günahkardırsa, cəzasını çəksin. Polisə gedib şikayət etdik. Mən rayona qayıdıb pul götürəcəkdim. Bacımla qızı da evə getdilər. Yolda zəng edib bacımla danışmaq istədim. Qızı boğduğunu dedi. Evə gələndə isə artıq gec idi”.

Məhkəmədə Fuad Heydərovun anası Pərvanə Ağayeva da ifadə verib. Bu zaman tərəflər arasında yaranan mübahisəyə hakim müdaxilə edib və tərəfləri sakitləşdirib.
Pərvanə Ağayeva qardaşının qızının ölümündə oğlunun heç bir günahının olmadığını deyib.
“Oğlumla Elsanənin heç bir münasibəti olmayıb. Onlar bizə yalvardılar, Züleyxa Ayağımıza düşüb dedi ki, bu işi həll edək. Onlar istədilər ki, qızlarını alaq. Biz də razılaşdıq. Amma sonradan şikayət etdilər polisə ki, guya mənim oğlum onların qızına qarşı belə bir hərəkət edib”- deyə Pərvanə Ağayeva ifadəsində söyləyib.

Ailələr arasında sonradan əldə olunan razılığı pozmadıqlarını deyən Pərvanə Ağayeva verdikləri sözü sonadək tutduqlarını söyləyib.

Təqsirləndirilən Züleyxa Cəfərova Pərvanə Ağayevaya sualında deyib: “Əgər oğlunuz belə bir iş görməmişdisə, niyə bizimlə razılaşdınız? Niyə qızımı almağı qəbul etdiniz?”.
Pərvanə Ağayeva bu təklifi qohum olduqlarını üçün qəbul etdiklərini söyləyib.
Züleyxa Cəfərova şahidin yalan danışdığını deyib: “Möhtərəm hakim, bu qadın yalan danışır. Fuadın atası danışıqlardan sonra razı oldu. Amma Pərvanə başdan bu işi qəbul etməmişdi. Əgər oğlu günahsız idisə, niyə belə bir razılıq olurdu? İndi belə rahat danışmasının səbəbi oğlunun azadlıqda olmasıdır. Onu necə azadlığa çıxarmaları isə bəllidir”.

Məhkəmədə hadisənin əsas səbəbkarlarından biri kimi adı çəkilən 19 yaşlı Fuad Heydərov da ifadə verib.

O, məhkəmədə deyib ki, dayısı qızının başına belə bir iş gəldiyini öyrənəndən sonra atası ilə onlara gediblər. Danışıqlardan sonra qohum olduqları üçün atası bu işi həll etmək üçün onunla evlənməsini istəyib.

“Züleyxa qorxurdu. Deyirdi ki, əgər Qızımı almasanız, Anar türmədən çıxanda ikimizi də öldürəcək. Atam da dedi ki, qohumuq, əgər biz belə razılaşsaq Anar da başa düşər. Uşaqların səhv etdiklərini qəbul edər. Biz də bu işi aramızda həll edərik. Amma sonradan onlar şikayət etdilər”, - deyə Fuad Heydərov ifadəsində söyləyib.

Ancaq məhkəmədə məlum olub ki, Fuad Heydərov yalan danışır. Belə ki, onun istintaqa verdiyi ifadəsi prokuror Ramin Nağdəliyev tərəfindən elan olunarkən aydın olub ki, Fuad istintaqda ifadəsində mərhum Elsanə ilə cinsi əlaqədə olduğunu etiraf edib. Səbəb kimi isə mərhumun ona qarşı ehtiraslandırıcı hərəkətlər etməsini göstərib.
O, istintaqa onu da deyib ki, mərhumla cinsi əlaqədə olsa da onun bakirəliyini pozmayıb. H.Heydərov həmçinin istintaqa ifadəsində deyib ki, bir neçə dəfə Elsanə ilə könüllü olaraq cinsi əlaqədə olub.

Hakimin təkrar sualından sonra Fuad Heydərov mərhumla cinsi əlaqədə olduğunu etiraf edib. Bu etiraf Anar Ağayevi qəzəbləndirib və onu öldürəcəyi ilə hədələyib.
Züleyxa Cəfərova da deyib ki, Fuad Heydərov onların evinə hasardan düşərək gəlib. Onun bu hərəkətlərinə qonşuları Əkbər də şahidlik edib və baş verənlərdən xəbərdardır.
Fuad Heydərovun atası Heydər Heydərov da məhkəmədə dindirilib. Bu zaman onun dedikləri ilə oğlunun dedikləri arasında ziddiyyətlər yaranıb.

Belə ki, ifadəsində oğlunun mərhumla heç bir münasibətlərinin olmadığını deyən H.Heydərov qohumlarına yaxşılıq məqsədi ilə onların evləndirilməsinə razılıq verdiyini deyib.

Lakin hakim Əhməd Quliyev ona xatırladıb ki, oğlu ifadəsində mərhumla cinsi əlaqədə olduğunu etiraf edib. Heydər Heydərov oğlunun belə bir ifadə verəcəyinə inanmadığını deyib.

Şahidlər ifadə verdikdən sonra məhkəmə istintaqının yekunlaşdığı elan olunub və növbəti məhkəmə prosesi yanvarın 19-da təyin edilib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26