Bu il BTC ilə 8 milyon tondan çox neft nəql edilib
Bu ilin yanvar-mart aylarında Bakı-Tbilisi-Ceyhan neft ixrac kəməri (BTC) ilə vasitəsilə 8 milyon 389,5 min ton neft ötürülüb.
Dövlət Statistika Komitəsindən Goldmedia.az -ya verilən məlumata görə, hesabat dövründə Azərbaycanda maqistral neft kəmərləri üzrə nəqletmənin 77%-i BTC-nin payına düşüb.
Hesabat dövrü ərzində BTC kəməri ilə nəql edilmiş neftin 82,4%-ni və ya 6 mln. 914,3 min tonunu Azərbaycanda hasil edilən neft, 17,6%-ni və ya 1 mln. 475,2 min tonunu isə Türkmənistan və Qazaxıstandan daxil olan neft təşkil edib.
Goldmedia.az
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26

