4 ayda Ermənistana nə qədər məhsul ixrac etmişik? - RƏQƏM
Bu ilin yanvar-aprel aylarında Azərbaycandan Ermənistana 9 milyon 646 min ABŞ dolları dəyərində məhsul ixrac edilib.
Goldmedia.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bu göstərici Azərbaycanın ümumi ixracının 0,08%-ni təşkil edib.
Qeyd edək ki, bu ilin yanvar-aprel ayında Azərbaycanın xarici ölkələrlə ticarət dövriyyəsi 17 milyard 403 milyon 345.14 min ABŞ dolları təşkil edib.
Goldmedia.az
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26

