Interposta.Info


Bakı Konqres Mərkəzi ağır texnika satan şirkətdən 2,6 milyonluq xidməti avtomobil alır

İqtisadiyyat
 2-04-2026, 18:11     258

Bakı Konqres Mərkəzi "Ramma" Qapalı Səhmdar Cəmiyyəti (QSC) ilə satınalma müqaviləsi imzalayıb.
"İnterPosta"nın məlumatına görə, müqavilədə xidməti minik avtomobillərinin satın alınması nəzərdə tutulur. Müqavilənin maliyyə dəyəri 2 639 070 manatdır.
Mərkəz bu məbləğə D seqmenti (orta sinif) üzrə 21, E seqmenti (üst orta sinif) üzrə isə 15 ədəd sedan tipli xidməti minik avtomobili almağı planlaşdırır.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, "Ramma” QSC 2010-cu ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 2000 manatdır. Şirkətin qanuni təmsilçisi Tahir Məmmədovdur.
"Ramma” QSC-nin internet səhifəsində şirkətin ağır texnika satışı ilə məbğuldur. Şirkət Develon, Shacman, Shantui, Lovol və Solis kimi brendlərin Azərbaycandakı rəsmi distribütorudur.
Tahir Məmmədov haqqında isə heç bir məlumat yoxdur.\qaynarinfo.az
İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26