Azərbaycan neftinin qiyməti 131 dollardan aşağı düşdü
Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.
Goldmedia.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1.56 ABŞ dolları və ya 1.17% azalaraq 130.79 ABŞ dolları olub.
Hərracların nəticələrinə görə, "Brent" markalı neftin iyun fyuçerslərinin qiyməti 128,46 ABŞ dolları təşkil edib.
Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 132.35 ABŞ dolları təşkil edib.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.
Goldmedia.az
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26

