Göyərti bazarında gizli manipulyasiya iddiası (VİDEO)
Sosial şəbəkələrdə yayılan video geniş müzakirələrə səbəb olub.
Goldmedia.az Xəzər TV-yə istinadən xəbər verir ki, videonu izləyənlər bildirirlər ki, rayonlarda bir dəstəsi 25 qəpiyə satılan göyərti ovuca sığmır, Bakıda isə eyni qiymətə satılan dəstədə cəmi bir neçə sap qalır.
Məsələni araşdırmaq üçün əvvəlcə təsərrüfat sahibləri ilə həmsöhbət olunub. Tovuzun Hunanlar kəndində fəaliyyət göstərən göyərti təsərrüfatı sahibləri bildirirlər ki, alverçilər kəndlinin satdığı göyərti dəstələrindən bir hissəni çıxararaq daha baha qiymətə satırlar.
Paytaxt bazarlarında göyərti satanlar isə bu iddiaları inkar edirlər. Onların sözlərinə görə, məhsulu rayonlardan necə alırlarsa, elə də satışa çıxarırlar.
Satıcılar "belə şey yoxdur" desələr də, müşahidələr fərqli mənzərəni ortaya qoyur. Rayondakı göyərti dəstələri ilə Bakıdakı dəstələr ölçü baxımından xeyli fərqlənir. Bu isə sadə fərq deyil, istehlakçının aldadılması və şəffaflığın pozulması kimi qiymətləndirilir.
Goldmedia.az
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26

