Interposta.Info

Anar Kərimova daha bir vəzifə verildi

İqtisadiyyat
 25-02-2026, 12:45     19 608

Maliyyə nazirinin birinci müavini Anar Kərimova daha bir vəzifə verilib.

"İnterPosta"xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov Qərar imzalayıb.

Qərara əsasən, Anar Kərimov "Aqrarkredit” QSC-nin "Azərbaycan Beynəlxalq Bankı” (ABB) ASC-dən aldığı problemli aktivlərin əvəzində mövcud qanunvericiliyə uyğun olaraq əldə edilmiş və balansında olan, balans dəyəri 1 milyon manatdan çox olan əmlakların, yerli və xarici aktivlərin və ya onlar üzrə borcların tələb hüquqlarının satılması və kənar idarəçilərə idarəetməyə verilməsi üzrə Müsabiqə Komissiyasına yeni sədr təyin olunub.

Qeyd edək ki, Komissiyanın əvvəlki sədri maliyyə nazirinin sabiq müavini Azər Bayramov idi.

GoldMedia.Az

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26