Interposta.Info

Azərbaycan neftinin qiyməti 70 dollara enib

İqtisadiyyat
 13-02-2026, 10:03     39 852


Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti 2 dollara yaxın ucuzlaşıb.

Azərbaycan neftinin 1 barelə olan qiyməti 2,17 ABŞ dollar və ya 3% azalaraq 70,03 ABŞ dollarına bərabər olub.

Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 72,2 ABŞ dolları təşkil edib. Son bir həftədə isə Azərbaycan nefti 70 dolların üzərində ticarət edilib.

Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb./apa

GoldMedia.Az

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26