Interposta.Info

"Universal-2023" milyonlarla manat vergi borcu var
 

İqtisadiyyat
 15-01-2026, 12:03     39 924

Azərbaycanda 3 il əvvəl yaradılan "Universal-2023" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) iki milyon manata yaxın vergi borcu yaranıb.

"İnterPosta"nın məlumatına görə, MMC-nin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 1.884.649,13 AZN vergi borcu var.

Qeyd edək ki, 23.01.2023-cü ildə dövlət qeydiyyatına alınan, nizamnamə kapitalı 10 manat olan "Universal-2023" MMC-nin Əliyev İzzət Zaur oğludur. Şirkət riskli vergi ödəyicilər siyahısına salınıb. MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, H.Q.Mustafayev küçəsi, ev 11-də yerləşir.

GoldMedia.Az

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26