Interposta.Info

Unun topdansatış qiymətləri açıqlandı 

İqtisadiyyat
 18-12-2025, 21:12     38 937

Ölkə üzrə fəaliyyət göstərən un istehsalçıları və topdansatış məntəqələrində 50 kiloqramlıq un kisəsinin satış qiymətləri açıqlanıb.

"İnterPosta"Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə istinadən xəbər verir ki, siyahıya Bakı, Abşeron, Sumqayıt, Gəncə, Şabran, Xaçmaz, Salyan, Tovuz, Ağsu, Göygöl, Şəmkir və digər bölgələrdə fəaliyyət göstərən ümumilikdə 28-dən çox sahibkarlıq subyekti daxildir.

Məlumata görə, 50 kiloqramlıq un kisəsinin topdansatış qiymətləri əsasən 26,10 manat - 28,60 manat aralığında dəyişir. Ən aşağı qiymət Şabran rayonunda fəaliyyət göstərən "Dəvəçi-Taxıl" MMC-də (26.1 manat), ən yüksək qiymət isə Gəncə şəhərində yerləşən "Azeri-Arapoğlu U.S. və T. LTD" BM-də (28.6 manat) qeydə alınıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26