Bu ərazilərdə kirayə evlər fantastik qiymətə qalxıb - 5 min AZN-dək...
"Hazırda şəhərin mərkəzində Səbail, Nəsimi, Nərimanov rayonları, o cümlədən Yasamal rayonunun prestijli hissəsində qiymətlər çox yüksəkdir".
Bu sözləri BAKU.WS-ə açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc deyib.
AQC sədri əlavə edib ki, qiymətlər otaqların sayı, təmiri və komfort səviyyəsinə görə 800-2000 manat arasında dəyişir:
"Qiyməti daha baha qiymətə olan mənzillər də var ki, orada xarici vətəndaşlar, səfirlik işçiləri, xarici şirkət nümayəndələri yaşayrılar. Bu mənzillərdə kirayə qiymətlər isə 5 min AZN-ə qədər yüksəlir".
GoldMedia.Az
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26

